Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət digər növ xidmət Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 218

Bakı şəhəri, 16 may 2018-ci il

 

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın 9.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 4, maddə 440, ¹ 11, maddə 1513; 2015, ¹ 5, maddə 665; 2016, ¹ 3, maddə 615, ¹ 5, maddə 955, ¹ 9, maddə 1563, ¹ 10, maddə 1733; 2017, ¹ 1, maddə 123, ¹ 8, maddələr 1616, 1623, ¹ 9, maddə 1758; 2018, ¹ 2, maddə 343; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 mart tarixli 112 nömrəli 17 aprel tarixli 161 nömrəli qərarları) ilə təsdiq edilmişAzərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət digər növ xidmət Qaydaları”na aşağıdakı məzmunda 3.3-2-ci bənd əlavə edilsin:

“3.3-2. Etil (yeyinti) spirtinin, alkoqollu içkilərin ya tütün məmulatlarının satışını həyata keçirən ticarət (xidmət) obyektlərinin giriş hissəsində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasının qadağan edildiyini əks etdirən elan yerləşdirilməlidir.”.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 18 may.- S.2.