Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il
24 avqust tarixli 317 nömrəli qərarı
ilə təsdiq edilmiş “Qanunsuz miqrantların saxlanılması
mərkəzlərinin daxili
intizam Qaydaları”nda dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 219
Bakı şəhəri,
16 may 2018-ci il
“Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2017-ci il 17 noyabr tarixli 876-VQD nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 29 noyabr tarixli 3423 nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il
24 avqust tarixli 317 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 8, maddə 1454; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 17 aprel tarixli 165 nömrəli qərarı)
ilə təsdiq edilmiş “Qanunsuz miqrantların saxlanılması
mərkəzlərinin daxili
intizam Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 21.5-ci bənddən sonra aşağıdakı məzmunda
“Qeyd” əlavə edilsin:
“Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun edilə bilər.”.
2. Qaydalara 4 nömrəli əlavə – “Qanunsuz miqrantların saxlanılması
mərkəzində saxlanılan
əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər tərəfindən hazırlanması,
saxlanılması, gəzdirilməsi,
daşınması və
ya istifadəsi qadağan olunmuş əşyaların Siyahısı”nın
“Qeyd”ində “cinayət
qanunvericiliyində” sözləri
“Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində
və Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində”
sözləri ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.-
18 may.- S.2.