Azərbaycan Qida Təhlükəsizliyi
İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və
strukturunun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 220
Bakı şəhəri, 16 may
2018-ci il
“Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanının
7.5-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. “Azərbaycan
Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin
Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Azərbaycan
Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin
strukturu” təsdiq edilsin (2 nömrəli əlavə).
Qeyd: Qərara
edilmiş əlavələrin tam mətni ilə
www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola
bilərsiniz.
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
2018-ci il 16 may
tarixli
220 nömrəli qərarı ilə
təsdiq
edilmişdir.
1 nömrəli
əlavə
Azərbaycan
Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin
NİZAMNAMƏSİ
1.
Ümumi müddəalar
1.1. Azərbaycan
Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs
(bundan sonra – İnstitut) “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi
Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli
Fərmanına əsasən yaradılan və qida təhlükəsizliyi
sahəsində elmi-praktiki araşdırmaların
aparılmasını, elmi prinsiplərə əsaslanan risk
qiymətləndirilməsini, qida təhlükəsizliyi sahəsində
texniki normativ hüquqi aktların layihələrinin
hazırlanmasını və aidiyyəti üzrə təqdim
edilməsini, qida məhsullarına dair digər beynəlxalq
standartların qida məhsullarının
istehsalçıları tərəfindən
könüllü tətbiqinin təmin edilməsini, qida məhsullarının
təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat
xidmətlərinin göstərilməsini həyata keçirən
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi
Agentliyinin (bundan sonra – Agentlik) strukturuna daxil olmayan tabeliyindəki
qurumdur.
İnstitut
öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri,
Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər
haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin aktlarını, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını,
digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər
tutur.
İnstitut öz vəzifələrini
yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən, dövlət və yerli
özünüidarəetmə orqanları, beynəlxalq və
qeyri-hökumət təşkilatları ilə digər
hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
İnstitutun müstəqil balansı, əmlakı, xəzinə
və bank hesabları, üzərində öz adı həkk
olunmuş möhürü, müvafiq ştampları və
blankları vardır.
İnstitut
sahibkarlıq fəaliyyəti ilə yalnız həmin fəaliyyət
bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə
nail olmağa xidmət etdiyi hallarda məşğul ola bilər. İnstitutun fəaliyyəti nəticəsində əldə
olunan vəsaitlər onun fəaliyyətinin təmin edilməsinə
yönəldilir.
İnstitutun rəsmi adı
aşağıdakı kimidir:
Azərbaycan
dilində - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlü-kəsizliyi
İnstitutu publik hüquqi şəxs;
ingilis dilində
- Azerbaijan Food Safety Institute public legal entity under the Food Safety
Agency of the Republic of Azerbaijan.
İnstitut Bakı şəhərində
yerləşir.
İnstitutun fəaliyyətinin məqsədi
və istiqamətləri
İnstitutun fəaliyyətinin
əsas məqsədi insanların həyat və
sağlamlığının qorunması üçün
qida təhlükəsizliyinin daha səmərəli təşkilini
təmin etməkdən ibarətdir.
İnstitut
aşağıdakı istiqamətlərdə fəaliyyət
göstərir:
qida təhlükəsizliyi
sahəsində elmi-praktiki araşdır-maların və tədqiqatların
aparılması;
malın
(xidmətin, işin), prosesin, idarəetmə sisteminin və
işçi heyətinin müvafiq standartla, texniki reqlamentlə
və digər normativ hüquqi aktlarla müəyyən
olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsinin
həyata keçirilməsi;
qida təhlükəsizliyi
sahəsində risk qiymətləndirilməsinin elmi əsaslarının
formalaşdırılması və elmi prinsiplərə əsaslanan
risk qiymətləndirilməsinin həyata keçirilməsi;
elmi cəhətdən
əsaslandırılmış və qida təhlükəsizliyinə
dair mövcud beynəlxalq standartların, norma və
qaydaların tələbləri nəzərə alınmaqla,
qida təhlükəsizliyi sahəsində texniki normativ
hüquqi aktların (sanitariya norma və qaydalarının,
habelə gigiyena normativlərinin) və digər normativ
hüquqi aktların layihələrinin işlənilib
hazırlanması;
qida təhlükəsizliyinə
dair beynəlxalq standartların qida zəncirinin bütün mərhələlərində
fəaliyyət göstərən subyektlər tərəfindən
könüllü tətbiq edilməsi ilə bağlı
tövsiyələrin hazırlanması, məsləhətlərin
verilməsi, tələb olunan sənədlərin
hazırlanması və təlimlərin keçirilməsi;
qida məhsullarının
təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri
üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat
(ölçmə) xidmətlərinin göstərilməsi;
qida təhlükəsizliyi
sahəsində mütəxəssislərin hazırlan-ması
məqsədi ilə təlim və tədrislərin təşkili;
elmi-praktiki konfransların, simpoziumların, seminar-ların,
yığıncaqların və görüşlərin təşkili;
qida təhlükəsizliyi
sahəsində əhalinin məlumat-landırılması məqsədi
ilə maarifləndirmə işlərinin həyata
keçirilməsi.
İnstitutun vəzifələri
3.1. İnstitut bu Nizamnamə ilə
müəyyən edilmiş fəaliyyət istiqamətlərinə
uyğun olaraq aşağıdakı vəzifələri yerinə
yetirir:
qida təhlükəsizliyi
sahəsində elmi-praktiki araşdırmaların və tədqiqatların
aparılmasını həyata keçirir, bu sahənin elmi əsaslarını
işləyib hazırlayır və Agentliyə təkliflər
verir;
hüquqi
və fiziki şəxslər üçün qida təhlükəsizliyi
göstəriciləri üzrə tədqiqat xidmətləri
göstərir;
fəaliyyət istiqamətlərinə uyğun olaraq rəy verir;
elmi cəhətdən
əsaslandırılmış və qida məhsullarının
təhlükəsizliyinə dair mövcud beynəlxalq
standartların, norma və qaydaların tələbləri nəzərə
alınmaqla, qida təhlükəsizliyi sahəsində texniki
normativ hüquqi aktların (sanitariya norma və
qaydalarının, habelə gigiyena normativlərinin) və digər
normativ hüquqi aktların layihələrini işləyib
hazırlayır və Agentliyə təqdim edir;
qida təhlükəsizliyi
sahəsində risk qiymətləndirilməsinin və risklərin
idarə edilməsinin elmi əsaslarını işləyib
hazırlayır və Agentliyə təkliflər verir;
risk qiymətləndirilməsi
zamanı insanların həyat və sağlamlığı
üçün mövcud və ya gələcəkdə
yarana biləcək təhlükələri
araşdırır və həmin təhlükələrin
qarşısının alınması istiqamətində
Agentliyə təkliflər verir;
qida məhsullarının
təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəni,
o cümlədən mövcud beynəlxalq standartların, norma
və qaydaların tələblərini araşdırır və
onların tətbiqi imkanlarını qiymətləndirir;
qida təhlükəsizliyinə
dair beynəlxalq standartların tətbiq edilməsi üzrə
məsləhətlər verir və təlimlər keçirir;
rasional
fizioloji normaların, habelə qida təhlükəsizliyi
baxımından insanlar üçün qida mənbəyi olan
heyvanların və bitkilərin sağlamlığına,
habelə insan üçün qida mənbəyi olan
heyvanların yemlənməsində istifadə olunan yem və
yem əlavələrinə dair texniki normativ hüquqi
aktların hazırlanmasında iştirak edir;
qida məhsulları
və onların təhlükəsizliyi sahəsində əhalinin,
habelə qida zəncirinin bütün mərhələlərində
fəaliyyət göstərən subyektlərin məlumatlandırılması
məqsədi ilə məktəbə-qədər və orta
təhsil müəssisələrində və digər yerlərdə
düzgün qidalanma, qida mədəniyyəti və s. məsələlərlə
bağlı maarifləndirmə işlərini həyata
keçirir;
qabaqcıl beynəlxalq
təcrübə nəzərə alınmaqla, qida məhsullarının
təhlükəsizliyi sahəsində elmi-texniki nailiyyətlərin
tətbiqinin təmin olunması, habelə qida zəncirinin
bütün mərhələlərində fəaliyyət
göstərən subyektlər tərəfindən qabaqcıl
beynəlxalq idarəetmə sistemlərinin tətbiq edilməsi
ilə bağlı təkliflər verir;
fəaliyyət
istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq
edir, beynəlxalq elmi-praktiki konfranslar, seminarlar və sair bu
kimi tədbirlər təşkil edir;
qida təhlükəsizliyi
sahəsində elmi, texniki və praktiki məsləhət xidmətlərinin
göstərilməsini həyata keçirir;
qida təhlükəsizliyi
sahəsində laboratoriya sisteminin inkişafı ilə
bağlı təkliflər verir;
Agentliyin fəaliyyət istiqamətlərinə
uyğun olaraq, təhlükəsizlik və keyfiyyət
göstəriciləri üzrə laboratoriya analizi, ekspertiza və
tədqiqat (ölçmə) xidmətləri göstərir,
habelə milli istinad laboratoriyası funksiyalarını həyata
keçirir;
tabeliyindəki
akkreditasiya olunmuş laboratoriyalarda Agentliyin fəaliyyət
istiqamətlərinə uyğun olaraq
götürülmüş nümunələrin vahid metodika əsasında
qiymətləndirilməsini təmin edir, aşkarlanmış
pozuntuların aradan qaldırılması üçün
Agentliyə təkliflər verir;
qida zəncirinin
bütün mərhələlərində fəaliyyət
göstərən subyektlərdə qida təhlükəsizliyi
göstəriciləri üzrə tədqiqatların
aparılması ilə bağlı xidmətlərin göstərilməsini
təşkil edir;
dövlət və
kommersiya sirrinin qorunması, habelə məxfilik rejiminin
qorunması üçün tədbirlər görür;
öz fəaliyyəti haqqında əhalinin
məlumatlandırılmasını, internet saytının
yaradılmasını, malik olduğu və siyahısı
“İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
açıqlanmalı olan ictimai informasiyanın həmin saytda
yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini
təmin edir;
fəaliyyət
istiqamətləri üzrə kadr
hazırlığını təmin edir, həmçinin qida
təhlükəsizliyi sahəsində mütəxəssislərin
hazırlanması üçün tədbirlər
görür;
yüksəkixtisaslı
kadrların qida təhlükəsizliyi sahəsində
elmi-praktiki araşdırma və tədqiqat işlərinin
aparılmasına köməklik göstərir;
fəaliyyəti
ilə bağlı arayış və hesabatlar
hazırlayır, Agentliyə təqdim edir;
kargüzarlığı,
vətəndaşların qəbulunu, onların təklif, ərizə
və şikayətlərinə baxılmasını normativ
hüquqi aktların tələblərinə uyğun təşkil
edir;
Azərbaycan
Respublikası Prezidentinin aktları və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları ilə
müəyyən edilmiş digər vəzifələri yerinə
yetirir.
İnstitutun
hüquqları
İnstitut
öz vəzifələrini yerinə yetirmək
üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. fəaliyyət istiqamətlərinə və vəzəfələrinə
uyğun olaraq, dövlət və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri
məlumatlar (sənədlər) barədə sorğu vermək,
onlardan belə məlumatları (sənədləri) almaq, təhlillər
və müşahidələr aparmaq, rəylər vermək,
təklif və arayışlar hazırlamaq;
4.1.2. fəaliyyət istiqamətləri üzrə təlimlər,
seminarlar, elmi-praktiki konfrans və simpoziumlar keçirmək,
habelə xüsusi bülletenlər və digər nəşrlər
buraxmaq;
4.1.3. fəaliyyətinə dair analitik materiallar
hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;
4.1.4.
Agentliyin razılığı ilə filial, nümayəndəlik
və idarələr yaratmaq;
Agentliyin razılığı ilə
beynəlxalq və regional təşkilatlarda Agentliyi təmsil
etmək;
fəaliyyət istiqamətləri üzrə müqavilələr
bağlamaq, onların yerinə yetirilməsinə nəzarət
etmək;
müstəqil ekspert, mütəxəssis və məsləhətçiləri
öz fəaliyyətinə cəlb etmək;
Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları ilə
müəyyən edilmiş digər hüquqları həyata
keçirmək.
İnstitutun
fəaliyyətinin idarə olunması
5.1.
İnstitut öz fəaliyyətində mütərəqqi
korporativ idarəetmə standartlarını tətbiq edir.
5.2.
İnstitut kollegial icra orqanı olan İdarə Heyəti tərəfindən
idarə edilir.
5.3.
İdarə Heyəti İnstituta rəhbərliyi və nəzarəti
həyata keçirir. İdarə Heyətinin tərkibi
3 (üç) nəfərdən - Agentliyin sədri tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
İdarə Heyətinin sədrindən və onun iki
müavinindən ibarətdir.
5.4.
İdarə Heyətinin sədri müvəqqəti olaraq
öz vəzifələrini icra etmədikdə və ya edə
bilmədikdə, onun səlahiyyətlərinin icrasını
İdarə Heyəti sədrinin müəyyən etdiyi
İdarə Heyətinin digər üzvü həyata
keçirir.
5.5.
İdarə Heyəti aşağıdakı vəzifələri
yerinə yetirir:
5.5.1.
İnstitutun fəaliyyətinə dair illik və Agentliyin tələbi
ilə rüblük və ya digər hesabatları
hazırlayaraq Agentliyə təqdim edir;
5.5.2.
İnstitutun fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı hüquqi aktların layihələrinə
baxır, həmin layihələri Agentliyə təqdim edir;
5.5.3. ayrılan büdcə vəsaitindən, kreditlərdən,
qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı
üzrə səmərəli istifadə edilməsini təmin
edir;
5.5.4.
İdarə Heyəti üzvlərinin müraciətlərinə
baxır və qərar qəbul edir;
5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı
fondu və işçilərin say həddi daxilində
İnstitutun Aparatının və qurumlarının
strukturunu, ştat cədvəlini və ayrılmış
büdcə təxsisatı daxilində xərclər
smetasını hazırlayaraq təsdiq olunması
üçün Agentliyə təqdim edir;
5.5.6. fəaliyyətinə dair daxili qaydaları,
habelə onun idarə, filial və nümayəndəliklərinin
əsasnamələrini hazırlayır və təsdiq
olunması üçün Agentliyə təqdim edir;
5.5.7.
İdarə Heyətinin və İnstitutun əməkdaşlarının
fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna
olunmasının qayda və şərtlərini müəyyənləşdirir
və onların icrasına nəzarət edir;
5.5.8.
İnstitutun təsərrüfat cəmiyyətlərinin
yaradılması və ya onlarda iştirak barədə, həmçinin
İnstitutun idarə, filial və nümayəndəliklərinin
yaradılması barədə Agentliyin razılığı
ilə qərar qəbul edir;
5.5.9.
Agentliyin razılığı ilə İnstitutun xalis aktivlərinin
dəyərinin 25 faizindən artıq məbləğdə
olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və
aidiyyəti şəxslə dəyəri İnstitutun aktivlərinin
5 faizini və daha çox hissəsini təşkil edən əqdin
bağlanılması haqqında qərar qəbul edir;
5.5.10. aidiyyəti şəxslə dəyəri
İnstitutun aktivlərinin 5 faizədək hissəsini təşkil
edən əqdin bağlanılması haqqında qərar qəbul
edir;
5.5.11.
İnstitutun kənar auditorunu təyin edir və audit hesabatını
qəbul edir;
5.5.12.
İnstitutun göstərdiyi xidmətlərin və
gördüyü işlərin qiymətləri ilə
bağlı Agentliyə təkliflər verir;
5.5.13. kənar auditorun yoxlamalarının, habelə
digər yoxlamaların nəticələrinə dair tədbirlər
görür;
5.5.14. cari və operativ məsələlər barədə
Agentliyi məlumatlandırır.
5.6.
İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının
keçirilməsi təşəbbüsü ilə İdarə
Heyətinin sədri və ya digər üzvü
çıxış edir. İdarə Heyətinin
iclaslarını İdarə Heyətinin sədri və ya onu əvəz
edən İdarə Heyətinin digər üzvü
çağırır. İdarə Heyətinin
iclasları İdarə Heyəti üzvlərinin ən
azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada
protokollaşdırılır və müzakirəyə
çıxarılmış məsələlərə dair
qərarlar qəbul edilir. İdarə Heyətinin
iclasında hər iştirakçı bir səsə malik
olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul
edilir. Səslərin sayı bərabər
olduqda, İdarə Heyətinin sədrinin (və ya onu əvəz
edən İdarə Heyətinin digər üzvünün) səsi
həlledici sayılır. Səsvermə
zamanı iştirakçıların bitərəf
qalmasına icazə verilmir.
5.7.
İdarə Heyətinin sədri:
5.7.1.
İnstitutun fəaliyyətinə rəhbərliyi həyata
keçirir və onu təmsil edir;
5.7.2.
İdarə Heyətinin fəaliyyətini təşkil edir,
iclaslarının gündəliyini müəyyənləşdirir;
5.7.3. öz təşəbbüsü və ya
İdarə Heyətinin digər üzvünün təşəbbüsü
ilə İdarə Heyətinin iclaslarını
çağırır;
5.7.4. öz təşəbbüsü, habelə
İdarə Heyətinin hər hansı digər
üzvünün xahişi əsasında digər şəxsləri
İdarə Heyətinin iclasında iştirak etməyə dəvət
edir;
5.7.5.
İnstitutun fəaliyyət istiqamətlərinə dair qəbul
olunmuş aktların icrasını təşkil edir,
yoxlayır və buna nəzarəti həyata keçirir;
5.7.6.
İnstitutun fəaliyyətinin təşkili ilə əlaqədar
icrası məcburi olan daxili sərəncam və əmrlər
verir;
5.7.7.
Agentliyin razılığı ilə İnstitutun təsərrüfat
cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin
rəhbərlərini vəzifəyə təyin və vəzifədən
azad edir;
5.7.8.
İnstitutun, o cümlədən onun idarə, filial və
nümayəndəliklərinin, habelə tabeliyindəki digər
qurumların işçilərinin vəzifəyə təyin
və vəzifədən azad edilməsi, onlar barəsində
həvəsləndirmə və intizam tənbehi tədbirlərinin
görülməsinə dair qərarlar qəbul edir;
5.7.9.
İnstitutun əmlakından bu Nizamnamədə nəzərdə
tutulmuş məqsədlərə uyğun istifadə
olunmasına nəzarət edir;
5.7.10.
İnstitutun, o cümlədən onun idarə, filial, nümayəndəlik
və təsərrüfat cəmiyyətlərinin vəzifəli
şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını
ləğv edir;
5.7.11.
Agentliyin razılığı ilə dəyəri Agentlik tərəfindən
müəyyən ediləcək məbləğdə olan əqdlərin
(mühüm əqdlərin) bağlanılması haqqında
qərar qəbul edir;
5.7.12.
İnstitutun fəaliyyət istiqamətləri üzrə
dövlət sirrinin və məxfilik rejiminin qorunması
üçün zəruri tədbirlər görür;
5.7.13.
İnstitutun fəaliyyət istiqamətləri üzrə məşvərətçi
komitələr və işçi qrupları yaradır;
5.7.14.
İdarə Heyətinin fəaliyyətinin təşkili ilə
bağlı digər tədbirlər görür;
5.7.15.
İnstitutda kargüzarlıq və arxiv işinin
aparılmasını təmin edir;
5.7.16.
İnstitutda vətəndaşların qəbulunu və
müraciətlərinə baxılmasını təmin edir;
5.7.17. səlahiyyətlərinə aid olan məsələlərlə
bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə
iştirak edir;
5.7.18.
Agentliyin tapşırığı ilə konfrans, iclas, seminar
və digər tədbirlərin keçirilməsini təşkil
edir;
5.7.19.
İnstitutun fəaliyyəti ilə bağlı illik maliyyə
hesabatlarını Agentliyə təqdim edir;
5.7.20.
Agentliyin rəhbərliyinin tapşırıqlarını
yerinə yetirir.
5.8.
İdarə Heyətinin üzvü:
5.8.1.
İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin
həllində iştirak edir;
5.8.2.
İdarə Heyətinin iclasının gündəliyi və
baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən
tanış olur;
5.8.3.
İdarə Heyətinin qəbul ediləcək qərarlarına
dair fikir bildirir;
5.8.4.
İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə
İdarə Heyətinin iclaslarında baxmaq barədə təkliflər
verir;
5.8.5.
İdarə Heyətinin qərarları, iclas protokolları və
digər sənədlərlə tanış
olur.
5.9.
İdarə Heyətinin üzvləri İdarə Heyətinin
iclaslarında baxılan məsələlərə qərəzsiz
yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək
hərəkətlərə və çıxışlara
yol verməməlidirlər.
İnstitutun
fəaliyyətinə nəzarətin forması və əhatə
dairəsi
Təsisçi adından İnstitutun fəaliyyətinə
nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi və
bu Nizamnamə əsasında Azərbaycan Respublikasının
Prezidenti, Azərbaycan Respublikası-nın Nazirlər Kabineti və
Agentlik həyata keçirirlər.
İnstitutun inkişaf istiqamətlərini Agentlik müəyyən
edir.
İnstitutun
nizamnamə fondu, əmlakı və maliyyə-təsərrüfat
fəaliyyəti
İnstitutun əmlakı nizamnamə fondundan, ona təsisçilər
tərəfindən verilmiş digər əmlakdan, dövlət
vəsaitlərindən, fəaliyyət istiqamətlərinə
uyğun olaraq görülən işlərdən, göstərilən
xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən,
qrantlardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən
formalaşır.
İnstitutun əmlakı onun balansında göstərilir.
İnstitutun nizamnamə fondu 1.000 (bir min) manatdır.
İnstitutun illik maliyyə
hesabatları, illik büdcəsi, o cümlə-dən maliyyə
ilinin sonuna İnstitutun hesabında qalan vəsaitin yönəldilməsi
istiqamətləri və işçilərinin say həddi
Agentlik tərəfindən təsdiq edilir.
İnstitut
balansında və istifadəsində olan əmlakın
saxlanılmasına, qorunmasına və ondan səmərəli
istifadə edilməsinə görə məsuliyyət
daşıyır. İnstitut balansında olan dövlət
əmlakına münasibətdə səlahiyyətlərini
“Dövlət əmlakının qorunub saxlanılması və
səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə
müəyyən edilmiş qaydada həyata keçirir.
İnstitut sərəncamında olan vəsaitdən bu
Nizamnaməyə uyğun olaraq istifadə edir.
7.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən
etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən
tənzimlənən malların (işlərin, xidmətlərin)
siyahısında nəzərdə tutulmuş İnstitutun məhsullarının
(mallarının, işlərinin, xidmətlərinin) qiymətləri
tənzimlənən qiymətlərə aiddir.
Uçot
və hesabat
8.1. İnstitut “Mühasibat
uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
publik hüquqi şəxslər üçün müəyyən
edilmiş qaydada mühasibat uçotunu aparır, maliyyə
hesabatlarını tərtib, təqdim və dərc edir.
8.2.
İnstitut “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq statistik uçot aparır, statistik
hesabatları tərtib və təqdim edir.
8.3.
İnstitut idarə, filial, nümayəndəlik və təsərrüfat
cəmiyyətlərinin, habelə tabeliyindəki digər
qurumların maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılmasını təmin edir.
8.4.
İnstitut öz fəaliyyətinin müstəqil surətdə
yoxlanılması üçün kənar auditor cəlb edir.
İnstitutun
yenidən təşkili və ləğv edilməsi
İnstitut Azərbaycan Respublikasının Prezidenti tərəfindən
yenidən təşkil olunur və ya ləğv edilir.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 18 may.- S.2.