Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
6 fevral tarixli 34 nömrəli qərarı
ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 222
Bakı şəhəri, 17 may 2018-ci il
“Azərbaycan Respublikasının Gömrük
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2017-ci il 29 dekabr tarixli 962-VQD nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 11 yanvar tarixli 3569 nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il 6 fevral tarixli 34
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, ¹ 2, maddə 189; 2015, ¹ 4, maddə 454, ¹
5, maddə 618) ilə təsdiq edilmiş “Malların xaricdə
emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi
Qaydaları”nın 11.5-ci bəndində “təmir” sözü
“təqdim” sözü ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.-
18 may.- S.3.