Gömrük sərhədindən keçirilən malların nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında  Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2014-cü  il  22  iyul tarixli 263 nömrəli qərarında  dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 223

  Bakı şəhəri, 17 may 2018-ci il

 

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 962-VQD nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli 3569 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 7, maddə 951, ¹ 12, maddə 1653; 2015, ¹ 5, maddə 615; 2016, ¹ 10, maddə 1727; 2017, ¹ 4, maddə 621, ¹ 9, maddə 1759, ¹ 11, maddə 2149; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 178 nömrəli qərarı) ilə təsdiq edilmişGömrük sərhədindən keçirilən malların nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 17.1-ci bəndindəedə bilərsözlərietməlidirsözü ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2018.- 18 may.- S.3.