“Azərbaycan Respublikasında
avtomobil yollarının
təsnifat göstəriciləri”nin
və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası
və qeydiyyata alınması Qaydaları”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 225
Bakı şəhəri,
17 may 2018-ci il
“Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2017-ci il 29 dekabr tarixli 966-VQD nömrəli Qanununun tətbiqi və
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 fevral tarixli
1833 nömrəli Fərmanının 1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 1 iyul tarixli 91
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, ¹ 7, maddə 582; 2007, ¹ 11, maddə
1177; 2008, ¹ 2, maddə 132; 2009, ¹ 8, maddə 677; 2012, ¹ 11, maddə
1197; 2014, ¹ 5, maddə 549, ¹ 10, maddə 1293; 2015, ¹ 2, maddə
214; 2016, ¹ 6, maddə 1214; 2018, ¹ 1, maddə 139) ilə təsdiq
edilmiş “Ümumi istifadədə olan avtomobil
yollarının adlandırılması, indeksasiyası və
qeydiyyata alınması Qaydaları”nda aşağıdakı
dəyişikliklər edilsin:
1.
4-cü və 6-cı hissələrdə “Azərbaycan
Respublikası Nəqliyyat Nazirliyinin” sözləri “Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin” sözləri ilə
əvəz edilsin.
2. 10-cu
hissədə, 12-ci hissənin birinci cümləsində,
13-cü və 14-cü hissələrdə “Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz
edilsin.
3. 11-ci
hissədə “Azərbaycan Respublikasının Nəqliyyat
Nazirliyinə” sözləri “Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinə” sözləri ilə əvəz
edilsin.
Novruz Məmmədov
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.-
19 may.- S.5.