Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 nömrəli qərarı
ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini,
vasitə və qurğularını mühafizə
Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 226
Bakı şəhəri,
17 may 2018-ci il
“Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2017-ci il 29 dekabr tarixli 966-VQD nömrəli Qanununun tətbiqi və
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 fevral tarixli 1833
nömrəli Fərmanının 1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1227; 2013, ¹ 6, maddə 740;
2016, ¹ 6, maddə 1215; 2018, ¹ 1, maddə 139) ilə təsdiq
edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə
və qurğularını mühafizə Qaydaları”nın
3.11-ci bəndində “Azərbaycan Respublikasının Nəqliyyat
Nazirliyi” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi” sözləri ilə əvəz edilsin.
Novruz Məmmədov
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 19 may.- S.5.