Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq
edilmiş “İstehsalat
qəzası və yaxud peşə xəstəliyi
nəticəsində sağlamlığı pozulmuş
işçiyə və ya bu səbəbdən həlak olmuş
işçinin ailə üzvlərinə
və himayəsində olan digər şəxslərə ödənclərin
verilməsi qaydaları, şərtləri və məbləği”ndə
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 229
Bakı şəhəri,
17 may 2018-ci il
“Azərbaycan Respublikasının
Əmək Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
15 dekabr tarixli 931-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 31
yanvar tarixli 3612 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2003-cü il
9 yanvar tarixli 3 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2003, ¹ 1, maddə 66; 2004, ¹ 8, maddə 657; 2008, ¹ 2, maddə
130, ¹ 9, maddə 855; 2009, ¹ 10, maddə 857; 2010, ¹ 3, maddə
262; 2017, ¹ 5, maddə 1001, ¹ 10, maddə 1915) ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə
xəstəliyi nəticəsində
sağlamlığı pozulmuş
işçiyə və
ya bu səbəbdən
həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə
ödənclərin verilməsi
qaydaları, şərtləri
və məbləği”nin
1.1-ci bəndinin üçüncü
abzasının birinci
cümləsində “təhqiqat
aktına” sözləri
“araşdırılması barədə müvafiq akta” sözləri ilə əvəz edilsin.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 19
may.- S.5.