Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarı
ilə təsdiq edilmiş “Müfəssəl
plan olmadığı və
ya onun müddəti
bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri
üçün tikinti
layihələrinin onların
həyata keçiriləcəkləri
ərazinin planlaşdırılması
sənədlərinə (baş
planlara və (və ya) ümumi
planlara), habelə müfəssəl planın
hazırlanması zamanı
nəzərə alınan
tələblərə uyğunluğunun
müəyyənləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 231
Bakı şəhəri,
21 may 2018-ci il
“Azərbaycan Respublikasının
Şəhərsalma və
Tikinti Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
16 may tarixli 673-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında” Azərbaycan
Respublikasının 2012-ci il
29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 24 may tarixli
1421 nömrəli Fərmanının
1.4-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2015,
¹ 1, maddə 58, ¹ 10, maddə 1210;
2016, ¹ 2 (II kitab), maddə
364; 2017, ¹ 3, maddə 515) ilə
təsdiq edilmiş “Müfəssəl plan olmadığı
və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri
üçün tikinti
layihələrinin onların
həyata keçiriləcəkləri
ərazinin planlaşdırılması
sənədlərinə (baş
planlara və (və ya) ümumi
planlara), habelə müfəssəl planın
hazırlanması zamanı
nəzərə alınan
tələblərə uyğunluğunun
müəyyənləşdirilməsi Qaydaları”nın 4.2-ci bəndində
“və 80.1-1-ci maddələrində”
sözləri “maddəsində”
sözü ilə əvəz edilsin.
Novruz Məmmədov
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 22 may.- S.4.