Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 31 mart tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların bərpası Qaydası”nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 234

Bakı şəhəri, 22 may 2018-ci il

 

 “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1036-VQD nömrəli Qanununun tətbiqi və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 mart tarixli 1889 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 31 mart tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericlik Toplusu, 2017, ¹ 3, maddə 516) ilə təsdiq edilmiş “Yaşıllıqların bərpası Qaydası”nın 3.7-ci bəndinə “yerli icra hakimiyyəti orqanları” sözlərindən sonra “və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verdiyi torpaq sahələrinə münasibətdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi” sözləri əlavə edilsin.

 

Novruz MƏMMƏDOV,

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2018.- 24 may.- S.4.