Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il
29 dekabr tarixli 359 nömrəli qərarı
ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili
müəssisəsinin Nümunəvi
Nizamnaməsi”ndə dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 241
Bakı şəhəri,
25 may 2018-ci il
“Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 28 fevral tarixli 1852 nömrəli Fərmanının 2.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il
29 dekabr tarixli 359 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 12, maddə 1649; 2016, ¹ 10, maddə 1716, ¹ 11, maddə
1966, ¹ 12, maddə 2222; 2017, ¹ 4, maddə 614, ¹ 12 (II kitab), maddə 2538) ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili müəssisəsinin
Nümunəvi Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər
edilsin:
1.
1.3-cü bənddə “təhsil
müəssisəsinin təsisçisi
(Azərbaycan Respublikası
Prezidentinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla)” sözləri “tabeliyində
olduğu mərkəzi
və ya yerli icra hakimiyyəti
orqanı” sözləri
ilə əvəz edilsin.
2.
1.4-cü bənddə “təsisçisi
(Azərbaycan Respublikası
Prezidentinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla)” sözləri “tabeliyində
olduğu mərkəzi
və ya yerli icra hakimiyyəti
orqanı” sözləri
ilə əvəz edilsin.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
30 may.- S.13.