Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1994-cü il
16 iyun tarixli 239 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə
Nazirliyi cəzaçəkmə
müəssisəsi nəzdində
olan peşə məktəbi haqqında nümunəvi Nizamnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 242
Bakı şəhəri,
25 may 2018-ci il
“Təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5
sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 28 fevral tarixli 1852 nömrəli Fərmanının
2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1994-cü il
16 iyun tarixli 239 nömrəli qərarı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cəzaçəkmə
müəssisəsi nəzdində olan peşə məktəbi
haqqında nümunəvi Nizamnamə”nin 39-cu hissəsinin
ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Peşə məktəbinin
nizamnaməsi Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq
olunur.”.
Novruz Məmmədov
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.-
30 may.- S.13.