Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 10
may tarixli 78 nömrəli
qərarı ilə təsdiq edilmiş “Xüsusi təhsil müəssisələri haqqında
Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 246
Bakı şəhəri, 25 may
2018-ci il
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli
156 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28
fevral tarixli 1852 nömrəli Fərmanının 2.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli
qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 5, maddə 315; 2005, ¹ 3, maddə 255; 2007, ¹ 2, maddə
185; 2009, ¹ 10, maddə 857; 2017, ¹ 4, maddə 629, ¹ 10, maddə
1910, ¹ 12 (II kitab), maddə 2518) ilə təsdiq edilmiş
“Xüsusi təhsil müəssisələri haqqında
Əsasnamə”nin 61-ci hissəsinin ikinci cümləsi
aşağıdakı redaksiyada verilsin:
“Özəl və bələdiyyə xüsusi
təhsil müəssisəsinin nizamnaməsi təsisçi tərəfindən, dövlət
xüsusi təhsil müəssisəsinin nizamnaməsi (yerli
icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər
xüsusi təhsil müəssisələrinin nizamnamələri
istisna olmaqla) Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən təsdiq olunur.”.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
30 may.- S.13.