Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yaradılması haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı  

¹ 487 

Bakı şəhəri, 16 noyabr 2018-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ləğv edilərək, onların əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılsın.

2. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin işçilərinin say həddi 94 ştat vahidi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bir ay müddətində:

3.1. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Əsasnaməsini və strukturunu təsdiq etsin;

3.2. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2018.- 17 noyabr.- S.7.