“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 may tarixli 220 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 496

 Bakı şəhəri, 21 noyabr 2018-ci il

“Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 may tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 5, maddə 1128) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci bəndə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

İnstitut ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.”.

2. 2.2.9-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.2.10-cu yarımbənd əlavə edilsin:

“2.2.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq qida təhlükəsizliyi sahəsinin inkişafı ilə bağlı tədbirlər görür.”.

3. 3.1.1-ci yarımbənddə “sahəsində elmi-praktiki araşdırmaların və tədqiqatların aparılmasını həyata keçirir, bu sahənin” sözləri “sahəsinin” sözü ilə əvəz edilsin.

4. 3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və İnstitutun səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;”.

5. 3.1.4-cü yarımbənddə “texniki normativ hüquqi aktların (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin) və digər normativ hüquqi aktların layihələrini” sözləri “qanunvericilik aktlarını, o cümlədən texniki normativ hüquqi aktları (sanitariya norma və qaydalarını, habelə gigiyena normativlərini), inkişaf konsepsiyalarını və məqsədli proqramları” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “təqdim edir” sözlərindən sonra “, habelə onların həyata keçirilməsində iştirak edir” sözləri əlavə edilsin.

6. 3.1.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.7. Nizamnaməsinə uyğun olaraq dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqifiziki şəxslərin qida təhlükəsizliyi sahəsi üzrə fəaliyyətini əlaqələndirir;”.

7. 3.1.12-ci yarımbənd ləğv edilsin.

8. 3.1.20-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.20. qida təhlükəsizliyi sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir;”.

9. 3.1.23-cü yarımbənddən “, onların təklif, ərizə və şikayətlərinə baxılmasını” sözləri çıxarılsın.

10. Aşağıdakı məzmunda 3.1.23-1-ci - 3.1.23-5-ci yarımbəndlər əlavə edilsin:

“3.1.23-1. İnstitutun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;

3.1.23-2. İnstituta ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

3.1.23-3. İnstitutun informasiya təminatını təşkil edironun təhlükəsizliyini təmin edir;

3.1.23-4. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;

3.1.23-5. qida təhlükəsizliyi sahəsində cinayət əlamətləri aşkar etdikdə aidiyyəti üzrə məlumat verir.”.

11. 4.1.1-ci yarımbənddə “dövlət və” sözləri “dövlət orqanlarına və qurumlarına,” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “təhlillər” sözündən sonra “, ümumiləşdirmələr” sözü əlavə edilsin.

12. 4.1.3-cü yarımbənddə “fəaliyyətinə dair” sözləri “fəaliyyət istiqamətləri üzrə” sözləri ilə əvəz edilsin.

13. 4.1.4-cü yarımbəndə “filial” sözündən əvvəl “təsərrüfat cəmiyyətləri yaratmaqonlarda iştirak etmək,” sözləri əlavə edilsin.

14. Aşağıdakı məzmunda 4.1.7-1-ci - 4.1.7-5-ci yarımbəndlər əlavə edilsin:

“4.1.7-1. qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

4.1.7-2. qida təhlükəsizliyi sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

4.1.7-3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədi ilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.1.7-4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qrupları və komissiyalar yaratmaq;

4.1.7-5. əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim edilməsi ilə bağlı Agentliyə təkliflər vermək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;”.

15. 5.3-cü bəndin birinci cümləsinə “rəhbərliyi” sözündən əvvəl “ümumisözü əlavə edilsin.

16. 5.5.1-ci yarımbəndə “illik” sözündən sonra “hesabatı, habelə illik maliyyə hesabatını” sözləri əlavə edilsin.

17. 5.5.2-ci yarımbəndə “edir” sözündən sonra “, bu Nizamnamənin 3.1.4-cü və 4.1.7-1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür” sözləri əlavə edilsin.

18. Aşağıdakı məzmunda 5.5.2-1-ci - 5.5.2-3-cü yarımbəndlər əlavə edilsin:

“5.5.2-1. İnstitutun strateji məqsəd və planlarını müəyyən edir;

5.5.2-2. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Agentliyə təkliflər verir və sənədlər təqdim edir;

5.5.2-3. İnstitutun fəaliyyətini təşkil edirona nəzarət edir;”.

19. 5.5.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.5.5. Agentliklə razılaşdırmaqla, İnstitutun əməkhaqqı fondunu və işçilərin əməkhaqlarını təsdiq edir, İnstitutun əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirir;”.

20. 5.5.6-cı yarımbənddə “hazırlayır və təsdiq olunması üçün Agentliyə təqdim edir” sözləri “, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq edir” sözləri ilə əvəz edilsin.

21. 5.5.7-ci yarımbənddən “və onların icrasına nəzarət edir” sözləri çıxarılsın.

22. 5.5.14-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.5.15-ci - 5.5.18-ci yarımbəndlər əlavə edilsin:

“5.5.15. İnstitutun maliyyə planlaşdırmasını və büdcəsini təsdiq edir;

5.5.16. İnstitutun daxili audit bölməsi yaradıldığı halda həmin bölmənin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir;

5.5.17. İnstitutun strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

5.5.18. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.”.

23. 5.6-cı bəndin üçüncü cümləsindən “və ya onu əvəz edən İdarə Heyətinin digər üzvü” sözləri çıxarılsın, dördüncü cümləsində “ən azı ikisi” sözləri “yarıdan çoxu” sözləri ilə əvəz edilsin.

24. Aşağıdakı məzmunda 5.6-1-ci - 5.6-3-cü bəndlər əlavə edilsin:

“5.6-1. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yervaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) günü qalmış, zəruri sənədlər əlavə edilməklə, yazılı məlumat verilir.

5.6-2. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

5.6-3. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.”.

25. 5.7.7-ci yarımbəndə “Agentliyin” sözündən əvvəl “bu Nizamnamə ilə müəyyən olunmuş hallar istisna olmaqla,” sözləri əlavə edilsin.

26. 5.7.8-ci yarımbəndə “İnstitutun” sözündən əvvəl “bu Nizamnamə ilə müəyyən olunmuş hallar istisna olmaqla” sözləri əlavə edilsin və həmin yarımbənddə “digər qurumların” sözləri “qurumların (təsərrüfat cəmiyyətlərindən başqa)” sözləri ilə əvəz edilsin.

27. 5.7.11-ci yarımbəndə “edir” sözündən sonra “və onların yerinə yetirilməsini təmin edir” sözləri əlavə edilsin.

28. 5.7.12-ci yarımbənddə “qorunması” sözü “, habelə qanunla qorunan digər məlumatların mühafizəsi” sözləri ilə əvəz edilsin.

29. 5.7.16-cı yarımbənddə “vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını” sözləri “müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu” sözləri ilə əvəz edilsin.

30. 5.7.19-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.7.19. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində İnstitutun Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını Agentliklə razılaşdırmaqla təsdiq edir;”.

31. Aşağıdakı məzmunda 5.7.19-1-ci yarımbənd əlavə edilsin:

“5.7.19-1. İnstitut işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;”.

32. 5.9-cu bəndə “verməməlidirlər” sözündən sonra “, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər” sözləri əlavə edilsin.

33. 6.1-ci bənddə “və Agentlik” sözləri “, Agentlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti” sözləri ilə əvəz edilsin.

34. 7.1-ci bəndə “qrantlardan” sözündən sonra “, cəlb edilən investisiyalardan” sözləri əlavə edilsin.

35. 7.4-cü bənddən “, illik büdcəsi, o cümlədən maliyyə ilinin sonuna İnstitutun hesabında qalan vəsaitin yönəldilməsi istiqamətləri” sözləri çıxarılsın.

36. 7.5-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

İnstitut öz əmlakından yalnız Nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.”.

37. 7.6-cı və 7.7-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“7.6. İnstitut qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra İnstitutun, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

7.7. Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 39.2-ci maddələrinə müvafiq olaraq İnstitut tərəfindən göstərilən xidmətlərin qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aiddir.”.

  

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 23 noyabr.- S.8.