Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 21 avqust tarixli 175 nömrəli, “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli, “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 6 mart tarixli 38 nömrəli, “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 20 noyabr tarixli 207 nömrəli, “Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il 8 iyul tarixli 102 nömrəli, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli və “Azərbaycan Respublikasının Antiinhisarİstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə, metroloji qaydanormalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 9 iyun tarixli 188 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 498

 Bakı şəhəri, 24 noyabr 2018-ci il

 

Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1174-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 285 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 8, maddə 558; 2004, ¹ 3, maddə 193, ¹ 9, maddə 750; 2005, ¹ 7, maddə 665, ¹ 10, maddə 978, ¹ 12, maddə 1226; 2006, ¹ 9, maddə 822, ¹ 12, maddə 1163; 2007, ¹ 1, maddə 49, ¹ 10, maddə 1013; 2009, ¹ 1, maddə 32; 2014, ¹ 6, maddə 747; 2018, ¹ 8, maddə 1817) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nın 8-ci hissəsinin adından “- texnikisözü çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 10, maddə 597; 2001, ¹ 1, maddə 74; 2006, ¹ 7, maddə 653; 2008, ¹ 6, maddə 597; 2014, ¹ 2, maddə 201; 2016, ¹ 4, maddə 816, ¹ 5, maddə 955; 2018, ¹ 8, maddə 1817; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 oktyabr tarixli 461 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında Nümunəvi Əsasnamə”nin 2.16-cı bəndinin ikinci abzasından “- texnikisözü çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3 (II kitab), maddə 227; 2011, ¹ 5, maddə 449) ilə təsdiq edilmişİş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nın 3.2.2-ci yarımbəndindən “(dövlət və sahə standartları, əməyin mühafizəsi üzrə qaydalar, əməyin mühafizəsi üzrə tipik standartlars.)” sözləri çıxarılsın və həmin yarımbəndə “əsasında” sözündən əvvəl “, dövlət və sahə standartları və əməyin mühafizəsi üzrə tipik standartlar” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 11, maddə 828; 2002, ¹ 11, maddə 675; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 9, maddə 822; 2009, ¹ 8, maddə 675, ¹ 9, maddə 736; 2016, ¹ 9, maddə 1585; 2017, ¹ 9, maddə 1742; 2018, ¹ 4, maddə 802) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1.31-ci və 4.2.2-ci yarımbəndlərin birinci abzaslarından “- texnikisözü çıxarılsın;

4.2. 7.1.1-ci yarımbəndin ikinci abzasından birinci haldatexnikisözü çıxarılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 7, maddə 442; 2006, ¹ 9, maddə 822; 2008, ¹ 5, maddə 430; 2009, ¹ 1, maddə 32; 2014, ¹ 7, maddə 927, ¹ 12, maddə 1677; 2018, ¹ 8, maddə 1817, ¹ 9, maddə 1924) ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları”nın 2.3-cü bəndinin birinci abzasından “digər” sözü çıxarılsın.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 746; 2014, ¹ 8, maddə 1013; 2017, ¹ 5, maddə 981, ¹ 9, maddə 1752; 2018, ¹ 9, maddə 1921) ilə təsdiq edilmişAvtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 3.15-ci bəndində “texniki şərtlərə” sözləri “tələblərə” sözü ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 188 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 6, maddə 742; 2016, ¹ 12, maddə 2224; 2017, ¹ 9, maddə 1762; 2018, ¹ 8, maddə 1817) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Antiinhisarİstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası”nın 3.1.3-cü yarımbəndində “texniki normativ hüquqi akt” sözləri “normativ sənəd” sözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 27 noyabr.- S.3.