“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 499 

Bakı şəhəri, 24 noyabr 2018-ci il

 

“Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 avqust tarixli 238 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 1, maddə 29; 2013, ¹ 8, maddələr 999, 1033; 2014, ¹ 5, maddə 561, ¹ 6, maddə 747; 2016, ¹ 8, maddə 1453, ¹ 9, maddə 1585; 2017, ¹ 1, maddə 122, ¹ 5, maddə 963, ¹ 10, maddə 1880, ¹ 11, maddə 2185; 2018, ¹ 3, maddə 616) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 6.5-1-ci bənddə “Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları,” sözləri “Xarici ölkədə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici ölkədə daimi yaşayan və Azərbaycan Respublikasının konsulluqlarında uçotda olan Azərbaycan Respublikasının vətəndaşları,” sözləri ilə əvəz edilsin.

2. 6.5-1.1-ci yarımbənddə “xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının” sözləri “elektron imza verilməsi barədə müraciət etmiş xarici ölkədə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici ölkədə daimi yaşayan və Azərbaycan Respublikasının konsulluqlarında uçotda olan Azərbaycan Respublikası vətəndaşlarının” sözləri ilə, “və qeyri-rezident adından çıxış etmək səlahiyyəti verən” sözləri isə “, müraciəti qeyri-rezidentin nümayəndəsi etdikdə, qeyri-rezident adından çıxış etmək səlahiyyəti olan şəxsə verilən” sözləri ilə əvəz edilsin.

3. 6.5-1.2-ci yarımbənddə “xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları,” sözləri “xarici ölkədə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici ölkədə daimi yaşayan və Azərbaycan Respublikasının konsulluqlarında uçotda olan Azərbaycan Respublikasının vətəndaşları,” sözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 27 noyabr.- S.3.