Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli
5 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Müfəssəl planların hazırlanması,
razılaşdırılması və təsdiq olunması
qaydaları, habelə həmin planların
razılaşdırıldığı orqanların
Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 505
Bakı şəhəri,
26 noyabr 2018-ci il
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1147-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 284 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 1, maddə 57,
¹ 11, maddə 1417; 2016, ¹ 6, maddə 1193, ¹ 10, maddələr 1725, 1743; 2017, ¹ 4, maddə 636, ¹ 6, maddə 1219, ¹ 10, maddə 1882; 2018, ¹ 1, maddə 139) ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”na Əlavə 5 - “Müfəssəl planın əsas texniki-iqtisadi göstəriciləri”nin 5-ci hissəsinin ikinci sətrində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 28 noyabr.- S.2.