Azərbaycan Dövlət Din Tarixi Muzeyinin Azərbaycan İstiqlal Muzeyinə birləşdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

 

¹ 423

  Bakı şəhəri, 28 sentyabr 2018-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Dövlət Din Tarixi Muzeyi Azərbaycan İstiqlal Muzeyinə birləşdirilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinın 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 6, maddə 749; 2015, ¹ 3, maddələr 333, 338, ¹ 4, maddə 455, ¹ 6, maddə 801, ¹ 10, maddə 1220, ¹ 11, maddə 1425; 2016, ¹ 6, maddə 1195, ¹ 10, maddə 1731, ¹ 11, maddə 1944, ¹ 12, maddə 2243; 2017, ¹ 4, maddə 635, ¹ 11, maddə 2174; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 254 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliyyəşdirilən qurumlar” bölməsinin “2. Muzeylər” hissəsinin 2.6-cı bəndi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu qərardan irəli gələn məsələləri həll etsinlər.  

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 2 oktyabr.- S.6.