Azərbaycan
Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 424
Bakı şəhəri, 2 oktyabr
2018-ci il
“Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 6 dekabr tarixli 215 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 avqust tarixli 249 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:
Müşahidə
Şurasının sədri
Rövşən Rzayev - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Müşahidə
Şurasının üzvləri:
İlqar Fəti-zadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Mətin Kərimli - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Cəmaləddin Quliyev - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri
Azay Quliyev - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri
Adil Abdullayev - “Avropa Lift Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, Azərbaycan Respublikası Kiçik və Orta Sahibkarlar İttifaqının prezidenti
Qulam İshaqzai - BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi
Caydev Sinqx - ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiya direktoru
Guido Ambroso - BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi.
2. “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 15 oktyabr tarixli 151 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004, ¹ 10, maddə 868; 2006, ¹ 11, maddə 991; 2009, ¹ 4, maddə 277) 1-ci hissəsi ləğv edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 4 oktyabr.- S.2.