Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli
80 nömrəli qərarı ilə təsdiq edilmiş
“İcra məmurlarının fəaliyyətinə
nəzarət Qaydası”nda dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı
¹ 425
Bakı şəhəri, 2 oktyabr
2018-ci il
“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1207-VQD nömrəli Qanununun tətbiqi və “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli 246 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 iyul tarixli 183 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 80 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 5, maddə 361; 2002, ¹ 5, maddə 317, ¹ 10, maddə 635; 2006, ¹ 3, maddə 303, ¹ 10, maddə 902; 2010, ¹ 11, maddə 1040; 2016, ¹ 3, maddə 603; 2017, ¹ 4, maddə 625) ilə təsdiq edilmiş “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. I bölmənin 2-ci hissəsinə “İcra baş idarəsi,” sözlərindən sonra “Probasiya xidməti və” sözləri əlavə edilsin.
2. II bölmə üzrə:
2.1. adına “İcra” sözündən sonra “və probasiya nəzarəti” sözləri əlavə edilsin;
2.2. 4-cü hissədə “islah işləri növündə cəzanın” sözləri “islah işləri, azadlığın məhdudlaşdırılması, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzaların, ictimai işlər növündə inzibati tənbehin” sözləri ilə əvəz edilsin və həmin hissəyə “vaxtından əvvəl azad edilmiş” sözlərindən sonra “, cəzasının çəkilməsi təxirə salınmış” sözləri əlavə edilsin;
2.3. 5-ci hissədə “icra işinin təşkilində icra qurumunun” sözləri “müvafiq işin təşkilində icra və probasiya qurumlarının” sözləri ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 4 oktyabr.- S.1.