“Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1190-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 429 

    Bakı şəhəri, 6 oktyabr 2018-ci il

 

“Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1190-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 286 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli qərarına 1 nömrəli əlavə - “Azərbaycan SSR-nin dövlət mühafizəsində olan memarlıq abidələrinin siyahısı”nın Ağsu rayonu bölməsinin 227-ci hissəsində “GürcüvansözüXanbulaqsözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 555; 2005, ¹ 11, maddə 1065; 2006, ¹ 12, maddə 1161; 2007, ¹ 7, maddələr 737, 738; 2008, ¹ 1, maddə 36, ¹ 2, maddə 104, ¹ 6, maddələr 582, 584, 586, ¹ 7, maddələr 680, 681, 682; 2009, ¹ 7, maddə 609, ¹ 10, maddə 848; 2010, ¹ 6, maddə 566, ¹ 7, maddə 704, ¹ 8, maddə 760; 2012, ¹ 3, maddə 264, ¹ 6, maddə 636; 2013, ¹ 3, maddə 338, ¹ 4, maddə 440, ¹ 6, maddə 727, ¹ 10, maddələr 1201, 1213; 2014, ¹ 1, maddə 57, ¹ 5, maddə 586, ¹ 7, maddə 911; 2015, ¹ 4, maddələr 460, 480, ¹ 7, maddə 887, ¹ 10, maddə 1216; 2016, ¹ 5, maddə 956; 2018, ¹ 5, maddə 1123) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Arxeoloji abidələr” bölməsinin “Xaçmaz rayonu” hissəsinin “Yerləşdiyi ünvansütununun 1114-cü və 1115-ci bəndlərində “Müqtədir” sözüİstisusözü ilə, “Qusar rayonu” hissəsinin “Yerləşdiyi ünvansütununun 1445-ci bəndində “Şirvanovkasözü “Şirvanlı” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 3, maddə 264; 2008, ¹ 6, maddələr 582, 584, ¹ 9, maddə 852; 2009, ¹ 5, maddə 388, ¹ 6, maddələr 495, 496, ¹ 7, maddə 609, ¹ 8, maddə 683; 2010, ¹ 6, maddə 566; 2012, ¹ 3, maddə 266, ¹ 4, maddə 395, ¹ 6, maddə 639; 2013, ¹ 6, maddə 729; 2015, ¹ 4, maddə 458, ¹ 10, maddə 1215; 2018, ¹ 4, maddə 788) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. “Astara rayonu” bölməsinin “Yolun adı” sütununun 1-ci hissəsində “Qamışovka” sözü “Qamışoba” sözü ilə əvəz edilsin;

3.2. “Goranboy rayonu” bölməsinin “Yolun adı” sütununun 11-ci hissəsində “Əzizbəyov” sözü “Kəhrizli” sözü ilə, 14-cü hissəsində “Ağamalıoğlu” sözü “Düzqışlaq” sözü ilə əvəz edilsin;

3.3. “Göygöl rayonu” bölməsinin “Yolun adı” sütununun 5-ci hissəsində “Mixaylovkasözü “Bənövşəli” sözü ilə əvəz edilsin;

3.4. “Xaçmaz rayonu” bölməsinin “Yolun adı” sütununun 28-ci hissəsində “Alekseyevkasözü “Çaykənarı” sözü ilə əvəz edilsin;

3.5. “Xızı rayonu” bölməsinin “Yolun adı” sütununun 17-ci və 18-ci hissələrində “ŞuraabadsözüŞorabadsözü ilə əvəz edilsin;

3.6. “Qazax rayonu” bölməsinin “Yolun adı” sütununun 7-ci hissəsində “KommunasözüBala Çaylı” sözləri ilə əvəz edilsin;

3.7. “Qusar rayonu” bölməsinin “Yolun adı” sütununun 29-cu hissəsində “Şirvanovkasözü “Şirvanlı” sözü ilə əvəz edilsin;

3.8. “Oğuz rayonu” bölməsinin “Yolun adı” sütununun 9-cu hissəsində “VladimirovkasözüÇayqovuşansözü ilə əvəz edilsin;

 3.9. “Saatlı rayonu” bölməsinin “Yolun adı” sütununun 7-ci hissəsində “Xanlarkənd” sözü “Nabatkənd” sözü ilə əvəz edilsin;

3.10. “Samux rayonu” bölməsinin “Yolun adı” sütununun 1-ci hissəsində “Əli Bayramlı” sözləri “Sarıqaya” sözü ilə və 6-cı hissəsində “Qırmızı Samux” sözləri “­Qaraağaclı” sözü ilə əvəz edilsin;

3.11. “Yevlax rayonu” bölməsinin “­Yolun adı” sütununun 5-ci hissəsində “­BünyadabadsözüYeni Çobankərə” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1064; 2012, ¹ 6, maddə 638, ¹ 8, maddə 825; 2013, ¹ 3, maddələr 332, 340, ¹ 6, maddə 730, ¹ 9, maddə 1136, ¹ 10, maddə 1214; 2015, ¹ 10, maddə 1214, ¹ 12, maddə 1563; 2018, ¹ 1, maddə 136) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliyyələşən müəssisələr” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. “16. Ağsu rayonu üzrə” hissəsinin “16.3. Kənd həkim məntəqələri” bəndində “GürcüvansözüXanbulaqsözü ilə əvəz edilsin;

4.2. “29. Goranboy rayonu üzrə” hissəsinin “29.4. Kənd və qəsəbə həkim məntəqələri” bəndində “Ağamalıoğlu” sözü “Düzqışlaq” sözü ilə və “Əzizbəyov” sözü “Kəhrizli” sözü ilə əvəz edilsin;

4.3. “33. Xaçmaz rayonu üzrə” hissəsinin “33.8. Kənd və qəsəbə həkim məntəqələri” bəndində “Alekseyevkasözü “Çaykənarı” sözü ilə və “Müqtədir” sözüİstisusözü ilə əvəz edilsin;

4.4. “36. Xızı rayonu üzrə” hissəsinin “36.2. Kənd və qəsəbə həkim məntəqələri” bəndində “ŞuraabadsözüŞorabadsözü ilə əvəz edilsin;

4.5. “43. Qazax rayonu üzrə” hissəsinin “43.9. Kənd tibb məntəqələri” bəndində “KommunasözüBala Çaylı” sözləri ilə əvəz edilsin;

4.6. “45. Quba rayonu üzrə” hissəsinin “45.6. Kənd və qəsəbə tibb məntəqələri” bəndində “NovonikolayevkasözüÇaydüzüsözü ilə əvəz edilsin;

4.7. “47. Qusar rayonu üzrə” hissəsinin “47.4. Kənd həkim məntəqələri” bəndində “Şirvanovkasözü “Şirvanlı” sözü ilə əvəz edilsin;

4.8. “51. Masallı rayonu üzrə” hissəsinin “51.3-cü bəndində” “Kalinovkasözü “Viləş” sözü ilə əvəz edilsin;

4.9. “55. Oğuz rayonu üzrə” hissəsinin “55.4. Kənd tibb məntəqələri” bəndində “AstraxanovkasözüÇaldaşsözü ilə əvəz edilsin;

4.10. “57. Saatlı rayonu üzrə” hissəsinin “57.3 Kənd həkim məntəqələri” bəndində “Xanlarkənd” sözü “Nabatkənd” sözü ilə, “57.4. Kənd tibb məntəqələri” bəndində “Qarayevkənd” sözüOrta Muğan” sözləri ilə əvəz edilsin;

4.11. “60. Samux rayonu üzrə” hissəsinin “60.4. Kənd və qəsəbə həkim məntəqələri” bəndində “Qırmızı Samux” sözləri “­Qaraağaclı” sözü ilə, “60.5. Kənd və qəsəbə tibb məntəqələri” bəndində “Luksemburqsözü “Köbər” sözü ilə və “Əli Bayramlı” sözləri “Sarıqaya” sözü ilə əvəz edilsin;

4.12. “63. Şəmkir rayonu üzrə” hissəsinin 63.8-ci bəndində “Qasım İsmayılov” sözləri “Ağlavaşlı” sözü ilə, “63.13. Kənd və qəsəbə həkim məntəqələri” bəndində “Muxtariyyatsözü “Qədimqala” sözü ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 9 oktyabr.- S.2.