Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 432

   Bakı şəhəri, 9 oktyabr 2018-ci il

 

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1226-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 179 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4, maddə 267; 2001, ¹ 1, maddə 70, ¹ 7, maddə 512; 2003, ¹ 8, maddə 460; 2005, ¹ 9, maddə 855, ¹ 11, maddə 1061; 2007, ¹ 10, maddə 1013; 2008, ¹ 2, maddə 116; 2010, ¹ 8, maddə 764; 2011, ¹ 8, maddə 781, ¹ 9, maddə 852; 2012, ¹ 9, maddə 922; 2013, ¹ 3, maddə 344; 2014, ¹ 8, maddə 1011, ¹ 10, maddə 1301; 2017, ¹ 6, maddə 1218; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 sentyabr tarixli 390 nömrəli qərarı) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.6-cı, 2.4-1-ci, 3.4-1-ci və 5.4-1-ci bəndlər əlavə edilsin:

“1.6. Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələrinin müvəqqəti olaraq saxlanılması üçün mühafizə olunan duracaqlar Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil edilir.

2.4-1. Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin mühafizə olunan duracağına gətirilir.

3.4-1. Bakı Nəqliyyat Agentliyinin mühafizə olunan duracaqlarında xidmətə görə ödəniş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 6.7-ci bəndinə uyğun olaraq müəyyən edilir.

5.4-1. Bakı şəhərinin inzibati ərazisində bu Əsasnamənin 2.4-1-ci bəndinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyinin mühafizə olunan duracağında saxlanılmış nəqliyyat vasitəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 97.2-ci maddəsində nəzərdə tutulmuş hallarda sahibinə qaytarılır.”.

2. 2.5-ci bəndə “DİN-in” sözündən sonra “(bu Əsasnamənin 2.4-1-ci bəndində nəzərdə tutulmuş hallarda isə Bakı Nəqliyyat Agentliyinin)” sözləri əlavə edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 10 oktyabr.- S.6.