Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi
qərarlarında və 2012-ci il 17 fevral tarixli 38s nömrəli
sərəncamında dəyişikliklər edilməsi
haqqında” 2015-ci il 7 oktyabr
tarixli 321 nömrəli qərarında,
2012-ci il 17 fevral tarixli 38s nömrəli sərəncamında
dəyişikliklər edilməsi və “Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsinin spesifikasiyasının təsdiq edilməsi
haqqında” 1999-cu il 2 fevral
tarixli 13 nömrəli qərarının
ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 438
Bakı şəhəri, 11 oktyabr
2018-ci il
“Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1217-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 339 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında və 2012-ci il 17 fevral tarixli 38s nömrəli sərəncamında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 321 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1235; 2017, ¹ 3, maddə 474; 2018, ¹ 2, maddə 356) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-3-cü hissələrdə “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin;
1.2. 4-cü hissə ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 fevral tarixli 38s nömrəli sərəncamının 3-cü hissəsində “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin spesifikasiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 2 fevral tarixli 13 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 2, maddə 140) ləğv edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 14 oktyabr.- S.4.