Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2014-cü il 26 may tarixli 167 nömrəli qərarı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 439
Bakı şəhəri, 11 oktyabr
2018-ci il
“Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 may tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 5, maddə 591, ¹ 10, maddə 1294) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na aşağıdakı məzmunda III bölmə əlavə edilsin:
“III. Publik hüquqi şəxslər
1. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi.”.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 14 oktyabr.- S.4.