“Azərbaycan
Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun
tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası
Nazirlər Kabinetinin bəzi qərarlarında
dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 441
Bakı şəhəri, 12 oktyabr
2018-ci il
“Azərbaycan Respublikasının
dövlət sərhədi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il
12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 18
iyul tarixli 212 nömrəli Fərmanının
1.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
1. “Azərbaycan Respublikası
dövlət sərhədinin
mühafizəsini gücləndirmək
məqsədi ilə əlavə qayda və əsasnamələrin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarında
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 1-ci hissədə “sərhəd
mühafizəsi orqanlarının
nəzarət-buraxılış” sözləri “sərhəd
nəzarəti” sözləri
ilə əvəz edilsin;
1.2. həmin qərarla
təsdiq edilmiş 1 nömrəli əlavə
- “Azərbaycan Respublikasının
dövlət sərhədindən
buraxılış məntəqələrində
sərhəd mühafizəsi
orqanlarının nəzarət-buraxılış
məntəqələri haqqında
Əsasnamə” üzrə:
1.2.1. adında və mətnində ismin müvafiq hallarında “mühafizəsi orqanlarının
nəzarət-buraxılış” sözləri ismin müvafiq hallarında “nəzarəti” sözü
ilə əvəz edilsin;
1.2.2. 2-ci
bölmənin ikinci hissəsinin birinci abzasında “nəzarət-buraxılış”
sözləri “Azərbaycan
Respublikasının dövlət
sərhədindən buraxılış”
sözləri ilə əvəz edilsin;
1.2.3.
3-cü bölmənin birinci
hissəsinin dördüncü
abzasında “Sərhəd
qoşunları” sözləri
“Sərhəd mühafizə
orqanları” sözləri
ilə, “nəzarət-buraxılış”
sözləri “Azərbaycan
Respublikasının dövlət
sərhədindən buraxılış”
sözləri ilə əvəz edilsin;
1.2.4.
4-cü bölmənin adında
və 5-ci bölmənin
beşinci hissəsində
“Nəzarət-buraxılış” sözləri “Sərhəd
nəzarəti” sözləri
ilə əvəz edilsin;
1.2.5.
4-cü bölmənin birinci
hissəsinin doqquzuncu və on səkkizinci abzaslarında, 5-ci bölmənin
üçüncü hissəsində,
altıncı və yeddinci hissələrinin ikinci cümlələrində
“nəzarət-buraxılış” sözləri “sərhəd
nəzarəti” sözləri
ilə əvəz edilsin;
1.2.6. 5-ci
bölmənin birinci və dördüncü hissələrində “mühafizəsi
orqanlarının nəzarət
buraxılış” sözləri
“nəzarəti” sözü
ilə əvəz edilsin;
1.3. həmin qərarla
təsdiq edilmiş 3 nömrəli əlavə
- “Azərbaycan Respublikası
ərazisinin sanitar mühafizəsi Qaydaları”
üzrə:
1.3.1.
1.11-ci bənddə, 2-ci bölmənin
adında, 2.5-ci bəndin
birinci cümləsində
“buraxılış-keçid” sözləri “buraxılış”
sözü ilə əvəz edilsin;
1.3.2.
2.21-ci bəndin birinci
cümləsindən “keçid”
sözü çıxarılsın;
1.4. həmin qərarla təsdiq edilmiş 5 nömrəli əlavə
- “Dövlət sərhədini
pozan hava gəmilərinə və
uçuş aparatlarına
qarşı hava hücumundan müdafiə
qoşunlarının növbətçi
qüvvə və döyüş texnikasının
tətbiq edilməsi Qaydaları”nın 5-ci hissəsinin
birinci abzasının
ikinci cümləsində
“donanması” sözü
“qüvvələri” sözü
ilə, 6-cı hissəsinin
ikinci abzasında isə “donanmasının”
sözü “qüvvələrinin”
sözü ilə əvəz edilsin;
1.5. həmin qərarla təsdiq edilmiş 6 nömrəli əlavə
- “Azərbaycan Respublikasının
dövlət sərhədini
pozan xarici dövlətlərin hərbi
gəmilərinə qarşı
silah və döyüş texnikasının
tətbiq edilməsi Qaydaları”nın 5-ci hissəsində
“donanmasının” sözü
“qüvvələrinin” sözü
ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası
dövlət sərhədinin
mühafizəsini gücləndirmək
tədbirləri haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarında
aşağıdakı dəyişikliklər
edilsin:
2.1.
4-cü hissənin birinci,
ikinci abzaslarında və 22-ci hissədə “gəmilərin” sözü
“üzmə vasitələrinin”
sözləri ilə əvəz edilsin;
2.2. 18-ci hissənin birinci abzasında “Nəzarət-buraxılış”
sözləri “Sərhəd
nəzarəti” sözləri
ilə əvəz edilsin;
2.3. həmin qərarla
təsdiq edilmiş 2 nömrəli əlavə
- “Azərbaycan Respublikası
ərazi və daxili sularında özü hərəkət
edən və özü hərəkət
etməyən gəmilərin
saxlanılması Qaydaları”
üzrə:
2.3.1. adında və mətnində (3-cü hissənin
üçüncü abzası,
11-ci hissənin birinci
abzasının üçüncü
cümləsi, 14-cü hissənin
ikinci abzası, 19-cu hissədə ikinci və üçüncü
hallar, 20-ci hissədə
ikinci hal, 22-ci hissənin üçüncü
abzasında ikinci və üçüncü
hallar, yeddinci abzasında ikinci hal və səkkizinci,
on ikinci, on beşinci,
on yeddinci abzaslar və 23-cü hissədə
birinci və altıncı hallar istisna olmaqla) ismin müvafiq hallarında “gəmi” sözü ismin müvafiq hallarında “üzmə vasitəsi” sözləri ilə əvəz edilsin;
2.3.2. 2-ci
hissənin ikinci və üçüncü
abzasları aşağıdakı
redaksiyada verilsin:
“Azərbaycan Respublikasının
Ticarət Gəmiçiliyi
Məcəlləsinə uyğun
olaraq Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyində qeydiyyata alınmış
balıqçılıq, ovçuluq,
elmi tədqiqat, idman gəmiləri, mühərrikli və mühərriksiz digər üzmə vasitələri
sərhədboyu zonanın,
habelə dəniz sahilinə bitişik inzibati ərazi vahidlərinin ərazisində
olduqda, sərhəd mühafizə orqanlarının
ən yaxın bölməsində də
qeydiyyata alınmalıdır.
Sərhəd mühafizə orqanları
tərəfindən üzmə
vasitələrinə “Üzmə
vasitəsinin qeydiyyat vəsiqəsi” verilir.
Göstərilən üzmə vasitələri müəyyən
edilmiş yanalma-dayanma
körpülərinə, yerləşmə
məntəqələrinə təhkim edilməli və dayanacaq üçün daimi yerlərə malik olmalıdır.”;
2.3.3.
3-cü hissənin ikinci
abzası aşağıdakı
redaksiyada verilsin:
“Qeyd olunan tələblər
Hərbi-Dəniz Qüvvələrinin
istifadəsində olan
üzmə vasitələrinə,
habelə Azərbaycan
Respublikasının Ticarət
Gəmiçiliyi Məcəlləsinə
uyğun olaraq, Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən Dövlət
Gəmi Reyestrində qeydiyyata alınan gəmilərə şamil
edilmir. Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilər üzərində
sərhəd nəzarəti
həyata keçirilərkən,
“Gəmi heyəti üzvlərinin siyahısı”na
ştamp vurulur.”;
2.3.4.
17-ci hissənin birinci
abzasında “nəzarət
buraxılış” sözləri
“sərhəd nəzarəti”
sözləri ilə əvəz edilsin;
2.4. həmin qərarla
təsdiq edilmiş 3 nömrəli əlavə
- “Azərbaycan Respublikasının
dövlət sərhədində
profilaktik zolaq və baytar-sanitar rejiminə dair Qaydalar”ın 3.1-ci bəndinin
birinci cümləsində
“sərhədlərindən” sözü “dövlət sərhədindən” sözləri
ilə əvəz edilsin;
2.5. həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavə
- “Sərhəd zonasına
daxil olmaya və istehsalat işlərinə dair Qaydalar”ın 9-cu hissəsinin
birinci cümləsində
və 10-cu hissəsinin
birinci abzasında “sərhəd mühafizəsi
orqanları” sözləri
“Azərbaycan Respublikasının
Dövlət Sərhəd
Xidməti” sözləri
ilə əvəz edilsin;
3. “Zabit heyətinə mənsub şəxslərə,
gizirlərə, miçmanlara,
müddətdən artıq
həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili
işlər, ədliyyə,
gömrük, miqrasiya,
fövqəladə hallar
orqanlarının rəis
və sıravi heyətinə mənsub şəxslərə və
onların ailələrinə
pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması
qaydası haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarının 2-ci hissəsinin
“b)” bəndinin altıncı
abzasında “nəzarət-buraxılış”
sözləri “sərhəd
nəzarəti” sözləri
ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikasının
Kiçikhəcmli Gəmilərə
Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məsələləri haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1993-cü il 1 oktyabr tarixli 527 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə
- “Azərbaycan Respublikasında
kiçik həcmli gəmilərdən və
onların dayanması
üçün bazalardan
(qurğulardan) istifadə
Qaydaları”nın 16-cı hissəsində “sərhəd
qanunları” sözləri
“sərhəd mühafizə
orqanları” sözləri
ilə əvəz edilsin və həmin hissənin 1-ci bəndi aşağıdakı
redaksiyada verilsin:
“1) gəmilər sərhəd
mühafizə orqanlarında
qeydiyyatdan keçdikdə,
bu halda gəmilərə “Üzmə
vasitəsinin qeydiyyat vəsiqəsi” verilir;”.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
16 oktyabr.- S.13.