Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına
Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından
çıxarılan valyuta sərvətlərinə
dair təqdim edilən məlumatların tərtib
olunma forması”nın təsdiq edilməsi
haqqında” 2009-cu il 28 iyul tarixli 112 nömrəli,
“Aktivləri dondurulmuş fiziki
və ya hüquqi
şəxslərin zəruri və gözlənilməz xərclərə
ehtiyaclarını ödəmək üçün
dondurulmuş aktivlərdən istifadə
etmək imkanının təmin edilməsi Qaydası”nın təsdiq
edilməsi barədə” 2016-cı il 19
avqust tarixli 310 nömrəli və “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi
aktlarının və onların struktur
elementlərinin, Azərbaycan Respublikasının Mərkəzi
Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin
normativ xarakterli
aktlarının ləğv edilməsi barədə” 2017-ci
il 7 iyul tarixli 277 nömrəli qərarlarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 442
Bakı şəhəri, 12 oktyabr
2018-ci il
Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Respublikasının
Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında”
2018-ci il 25 may tarixli 95 nömrəli Fərmanının
5.3-cü bəndinin və “Azərbaycan Respublikası Maliyyə
Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi
haqqında” 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanının
4.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 iyul tarixli 112 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 7, maddə 608; 2016, ¹ 8, maddə 1449; 2017, ¹ 10, maddə 1884) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında və 1-ci hissəsində “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri “Maliyyə Monitorinqi Xidmətinə” sözləri ilə əvəz edilsin;
1.2. həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması” üzrə:
1.2.1. adında və 1-ci, 2-ci (hər iki halda), 3-6-cı hissələrində ismin müvafiq hallarında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ismin müvafiq hallarında “Maliyyə Monitorinqi Xidməti” sözləri ilə əvəz edilsin;
1.2.2. həmin formaya əlavə - “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma formasının nümunəsi”nin adında “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri “Maliyyə Monitorinqi Xidmətinə” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 avqust tarixli 310 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 8, maddə 1447; 2017, ¹ 8, maddə 1630) ilə təsdiq edilmiş “Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası”nın 3.2-ci bəndində “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Maliyyə Monitorinqi Xidməti” sözləri ilə əvəz edilsin.
3. “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktlarının və onların struktur elementlərinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 277 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 7, maddə 1475, ¹ 11, maddə 2152) 2-ci hissəsinə “struktur elementləri” sözlərindən sonra “müvafiq olaraq” sözləri və “Palatasının” sözündən sonra “və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin” sözləri əlavə edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 16 oktyabr.- S.13.