Azərbaycan
Respublikasının Əqli Mülkiyyət Agentliyinin
tabeliyində olan Əqli Mülkiyyət
Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin
təmin edilməsi haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 443
Bakı şəhəri,
13 oktyabr 2018-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin təklifi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin strukturu” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində (bundan sonra – Mərkəz) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
3.1.1. Mərkəzin nizamnaməsinin və strukturunun təsdiq edilməsi;
3.1.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
3.1.3. Mərkəzin yenidən təşkili və ləğv edilməsi.
3.2. Azərbaycan Respublikasının
Əqli Mülkiyyət
Agentliyinə (bundan sonra – Agentlik):
3.2.1. inkişaf istiqamətlərinin
müəyyən edilməsi,
illik maliyyə hesabatlarının təsdiq
edilməsi;
3.2.2. icra orqanının
yaradılması, onun
səlahiyyətlərinin müəyyənləşdirilməsi
və icra orqanının səlahiyyətlərinə
vaxtından əvvəl
xitam verilməsi;
3.2.3. işçilərin say həddinin müəyyən
edilməsi;
3.2.4. təsərrüfat cəmiyyətlərinin yaradılmasına
və ya onlarda iştirak etməyə, idarə,
filial və nümayəndəliklərin
yaradılmasına razılıq
verilməsi;
3.2.5. xalis aktivlərinin
dəyərinin 25 faizindən
artıq məbləğdə
olan əqdin (xüsusi əhəmiyyətli
əqdin) və aidiyyəti şəxslə
dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox
hissəsini təşkil
edən əqdin bağlanılmasına razılıq
verilməsi.
4. Agentlik:
4.1. Mərkəzin fəaliyyətini
təmin etmək məqsədi ilə bir ay müddətində Müşahidə Şurasının
sədrini və üzvlərini, Nizamnaməsində
müəyyən edilmiş
icra orqanının rəhbərliyini təyin
etsin və Mərkəzin işçilərinin
sayını və ştat cədvəlini təsdiq etsin;
4.2. bu qərardan
irəli gələn digər məsələləri
həll etsin.
5. Mərkəzin ilkin nizamnamə fondu 300.000 (üç yüz min) manat təşkil edir.
6. Mərkəz dövlət
qeydiyyatına alınması
üçün bu qərarın qüvvəyə
mindiyi tarixdən üç gün müddətində “Hüquqi
şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının
Vergilər Nazirliyinə
müraciət etsin.
7. Agentlik Mərkəzin
dövlət qeydiyyatına
alındığı gündən
bir gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat
versin.
8. “Azərbaycan Respublikasının
Müəllif Hüquqları
Agentliyinin tabeliyində
olan Əqli Mülkiyyət Hüquqlarının
Təminatı Mərkəzinin
fəaliyyətinin təmin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2018-ci il 6 aprel tarixli 135 nömrəli qərarının
2-5-ci və 7-8-ci hissələri
ləğv edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
16 oktyabr.- S.13.