Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “İcra məmurlarının
xüsusi Fondu haqqında Əsasnamənin təsdiq edilməsi
barədə” 2000-ci il 19 iyun tarixli 105 nömrəli və
“İcra sənədinin verilməsi üçün əsas
olan qərarın, habelə qanuna əsasən icra sənədi
sayılan sənədin ləğv edilməsi ilə əlaqədar
icraata xitam verildikdə, icra hərəkətlərinin həyata
keçirilməsi ilə bağlı xərclərin dövlət
büdcəsi hesabına ödənilməsi
Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il 2
avqust tarixli 123 nömrəli qərarlarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 445
Bakı şəhəri,
15 oktyabr 2018-ci il
“İcra
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 29 iyun tarixli 1208-VQD nömrəli Qanununun tətbiqi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9
iyul tarixli 312 nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “İcra məmurlarının xüsusi Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 19 iyun tarixli 105 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 6, maddə 470; 2002, ¹ 5, maddə 317, ¹ 10, maddə 635; 2010, ¹ 1, maddələr 53, 60, ¹ 11, maddə 1040; 2018, ¹ 3, maddə 576) adına, 1-ci hissəsinə, həmin qərarla təsdiq edilmiş “İcra məmurlarının xüsusi Fondu haqqında Əsasnamə”nin adına və I bölməsinin 1-ci hissəsinə “İcra” sözündən sonra “xidməti icra” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli 123 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 8, maddə 534, ¹ 10, maddə 635; 2010, ¹ 11, maddə 1040) ilə təsdiq edilmiş “İcra sənədinin verilməsi üçün əsas olan qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları”nın 1-ci və 5-ci hissələrinə “icra məmurlarının” sözlərindən əvvəl “icra xidməti” sözləri əlavə edilsin.
Novruz
MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 16 oktyabr.- S.13.