“Azərbaycan Respublikası Fövqəladə Hallar ­Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

 

¹ 462   

Bakı şəhəri, 24 oktyabr 2018-ci il

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 oktyabr  tarixli 462 nömrəli qərarı ilə  təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin

strukturuna daxil olmayan tabeliyindəki qurumların

 

SİYAHISI

 

1. S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu.

2. “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu.

3. “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu.

4. “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu.

5. “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu.

6. Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu.

7. Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi.

8. Tikintidə Qiymətqoyma Mərkəzi.

9. “Sedam” Məhdud Məsuliyyətli Cəmiyyəti.

10. “Nəqliyyat Servis FH” Məhdud Məsuliyyətli Cəmiyyəti.

11. “Hidrotex” Məhdud Məsuliyyətli Cəmiyyəti.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 26 oktyabr.- S.8.