VI Bakı Beynəlxalq Humanitar
Forumunun iştirakçıları Milli Kitabxanada
Milli Kitabxanada VI Bakı Beynəlxalq Humanitar Forumun
iştirakçıları – Rusiya Milli Kitabxanasının baş
direktorunun müavini Yelena Tixonova və Sankt-Peterburq Mədən Universitetinin
rus dili və ədəbiyyatı
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Darya Şukina ilə
görüş keçirilmişdir.
Kitabxananın direktoru Kərim Tahirov Azərbaycan və Rusiya milli kitabxanaları arasındakı əməkdaşlıq bərədə məlumat vermişdir. Qonaqlar da öz növbəsində Azərbaycanda olduqları və VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiklərinə görə öz məmnunluqlarını bildirmişlər. Görüş zamanı direktor Xalq yazıçısı Elçinin “Ìå÷òà, æèçíü, ëèòåðàòóðà”, “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” kitablarını və Bakının simvolu olan “Qız qalası” əsərini qonaqlara hədiyyə etmişdir.
Milli Kitabxananın direktorunun müavini Ədibə İsmayılova qonaqları kitabxana ilə tanış etmişdir. Onlar kitab fondlarının mühafizəsi, oxuculara xidmət, nadir kitablar və kitabxana muzeyi, elektron resursların yaradılması, not nəşrləri və səsyazmaları şöbələrində iş prosesi ilə tanış olmuşlar. Milli Kitabxanada gedən yenidənqurma işləri barədə onlara məlumat verilmişdir. Milli Kitabxananın elektron kitabxanası qonaqlarda xoş təəssürat yaratmışdır.
Rusiyalı qonaqlar, eyni zamanda, Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada da olmuşlar. Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə layihəsi olan Açıq kitabxana onların xüsusi marağına səbəb olmuşdur. Qonaqlar belə bir layihəni kitabxana işi sahəsində yeni hadisə kimi dəyərləndirmişlər.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2018.- 27 oktyabr.- S.8.