Paylarının
(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus
olan hüquqi şəxslərin,
qiymətli kağızları fond
birjasında dövriyyədə olan hüquqi şəxslər istisna
olmaqla, digər ictimai
əhəmiyyətli qurumların, iri
sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının
və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc
edən publik hüquqi
şəxslərin baş mühasibləri
tərəfindən peşəkar mühasib
sertifikatının əldə edilməsinin müddətlərinin
və ardıcıllığının müəyyən
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 464
Bakı şəhəri,
25 oktyabr 2018-ci il
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il
4 may tarixli 1140-VQD nömrəli
Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.7-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Paylarının (səhmlərinin) nəzarət
zərfi dövlətə
məxsus olan hüquqi şəxslərin,
qiymətli kağızları
fond birjasında dövriyyədə
olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli
qurumların, iri sahibkarlıq subyektlərinin,
büdcə təşkilatlarının
və illik maliyyə hesabatlarını
və ya birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarını dərc
edən publik hüquqi şəxslərin
baş mühasibləri
tərəfindən peşəkar
mühasib sertifikatının
əldə edilməsi
müddətləri və
ardıcıllığı aşağıdakı kimi
müəyyən edilsin:
1. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən
publik hüquqi şəxslərin baş mühasibləri -
2021-ci il 30 dekabradək;
2. iri sahibkarlıq subyektlərinin baş mühasibləri - 2022-ci il 30 dekabradək;
3. paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin baş mühasibləri - 2022-ci il 30 dekabradək;
4. qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri - 2022-ci il 30 dekabradək;
5. büdcə təşkilatları üzrə:
5.1. mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2021-ci il 30 dekabradək;
5.2. yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2022-ci il 30 dekabradək.
Novruz MƏMMƏDOV,
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti- 2018.-
27 oktyabr.- S.2.