Sənətkarın rənglər
dünyası
Sakit Məmmədov – 60
Rənglərlə
möcüzələr yaratmaq
olamış. Möcüzə deyilmi, sərgidə
üzüm salxımı təsvir olunmuş natürmortu
quşların necə dimdiklədiklərinin şahidi
olmuşam. Geniş mənzərə
əsərləri, yaxud döyüş
səhnələrini canlandıran rəsmlər. Bunlara baxanda adam rəssamların sənətinə, sözün əsl mənasında, həsəd
aparır. Bizim Azərbaycan rəssamları
arasında belə möcüzələr yaradan
sənətkarlar çoxdur.
Mən onların adlarını sadalaya
bilərəm. Amma buna ehtiyac da yoxdu. Bu yazıda
onlardann biri – bu il 60
illik yubileyini qeyd etdiyimiz Xalq rəssamı Sakit Qulam oğlu
Məmmədovun yaradıcılığına
nəzər salacağıq.
O, 1958-ci ildə Neftçala rayonunda dünyaya göz açıb. Uşaqlığında tez-tez Kürün
sahillərinə gəlib,
onun sakit axan sularını seyr etməkdən həzz alardı. Sonralar uşaq hafizəsində mökəmlənən bu
mənzərələr onun
peyzajlarının əsas
mövzusuna çevrilmişdir.
O, rəssam olmaq istəyirdi. Bu arzu onu 1978-ci illərdə Ə.Əzimzadə adına Rəssamıq
Məktəbinə, 1981-ci ildə
isə İ.E.Repin adına Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasına gətirdi.
İstedad, doğrudan da, qaynar bulaq kimidir. Onun qarşısını
kəsmək mümkün
olmur. Sakit Məmmədov da
seçdiyi sənətində
uğurlar qazanacağına
əmin idi. Yaradıcılığının ilk dövründə müxtəlif mövzular üzərində işləyirdi.
Məsələn, müxtəlif
illərdə yaratdığı
“Xatirə şəkli”,
“Məşq”, “Falabaxanlar”,
“Toy”, “Metro”, “13 nömrəli avtobus”, “Həvəskar”, “Emalatxana” , “Xatirə şəkil” , “Leninqrad xatirələri” , “Yaşasın
İstanbul” , “Adəm
və Həvva” kimi əsərləri onun sənətə böyük yaradıcı
potensialla gəldiyini subut edirdi. Bu
əsərlərdə işıq
görünürdü. Bu işıq onun
sonrakı yaradıcılığında,
düyaya açılan
yolunda daha da parladı. “Oyun”, “Səhnəyə hazırlıq”, “Əbədiyyə
doğru”, “Bayram”, “Ad günü”, “Günaydın”,
“Mən indi gəlirəm”, “Mən yorulmuşam”, “Yatmış
mələk”, “Xatirələr”
və s. kimi əsərləri onun yaradıcı dünyasının
işığında həyat
tapmışdır.
Sizi bilmirəm,
mən bu əsərlərə tamaşa
etməkdən doymuram. Hərdən bunun sirrini aydınlaşdırmağa
çalışıram. Özlüyümdə qət edirəm
ki, bunlar istedadın möcüzəsidir.
Sakit bu əsərlərə öz qəlbini, ürəyini verib, onları ruhla yaradıb. Həm də hər bir əsərində onun qəlbinin döyüntülərini hiss edirsən.
Qadın incə məxluqdur. Qadın mövzusu
bütün rəssamların
yaradıcılığında mühüm xətt təşkil edir. Sakit isə bu mövzuya
ehtiyatla yanaşır.
İncə məxluqların portretlərində də incə duyğular və hisslər yaşamalıdır. Rəssam bunları
yaxşı bildiyindən
bu mövzuda xüsusi diqqətlə işləyir. “Alma ağacının
altında” (2008), “Qara
qız” (2009), “İstirahət”
(2010), “Aktrisa” (2012), “Güzgü
qarşısında” (2013), “Küsəyən” (2015), “Qulaq
asan” (2015) əsərlərində
qadın gözəlliyini
rənglərin minbir çalarları ilə elə ehtiyatla işləyib ki, orada hər kiçik element gözəlliyə,
ülviliyə xidmət
edir.
Sakit Məmmədov
rəngkardır. O, mənzərə
janrında daha məharətlə işləyir
və yaratdığı
tablolarda həyat, hətta olduğundan da gözəldir. Mən bu mənzərələri
seyr edəndə elə bil rahatlaşıram.
Rənglər adamı sanki
ovsunlayır. “Altıağac”
(2003), “Səhər” (2007), “Çinarlar” (2008), “Neftçala”
(2009), “Kəndimiz” (2010), “Moskva”
(2010), “Bahar” (2012), “Quba”
(2012), “Bazar” (2014) kimi
əsərləri nümunə
göstərə bilərik.
Sakit Məmmədovun yaradıcılığında
portret janrı xüsusi yer tutur. “Aynur” (1988), “Atamın portreti” (1988), “Bağban” (1998), “Roma papasının
portreti” (2004), “Nərgiz”
(2010), “Turan” (2011), “Lala”
(2012), “Rəssam” (2012), “Şahzadə”
(2013) və digər portretləri öz orijinal üslubu ilə diqqəti çəkir. Qrafik əsərlərindən “Gənc aktrisa” (2000), “Balerinalar” (2007), “Rəqs”
(2011) rəsmlərini də
qeyd etmək olar.
Onun əsərlərinə
tamaşa edərkən
düşünməmək mümkün deyil. Bu rəsmlər ilk baxışdan
insanı cəlb edir və onlara
təkrar baxmaq istəyirsən. Rəssam sənətsevərləri
əsərlərindəki obrazların
emosional daxili aləminin əks etdirdiyi hisslərlə ovsunlayır. S. Məmmədov
işıq, rəng dəyərlərinə əhəmiyyət
verərək, onlardan
son dərəcə balanslı
istifadə edir, ani təəssüratları
dəyərləndirir və
bunları palitrasında
ölümsüzləşdirməkdən
zövq alır.
Bu gün Sakit müvəffəqiyyətli işləri
ilə dünyaya səs salmışdır. Bu, rəssamın rəng bilgisi və rəngarəng palitrasından
ustalıqla istifadə
etməsinin nəticəsidir.
Əsərlərində, əsasən, canlı
və parlaq koloritin üstünlüyünü
seçən rəssam
onların bir-biri ilə uyğunluğunun, tonlar arasında əlaqə, münasibət
və harmoniyasının
əhəmiyyətli olduğunu
qeyd edir. Bu parlaq rənglər
“Mən də ordayam”, “Səhnə arxası”, “Klounlar” kimi əsərlərdə
fırça zərbələrinin
məharətlə və
ustalıqla işlənməsi
ilə həyat qazanır.
Sakit Məmmədova
görə, rəssam
ideal əsər yarada
bilməz. O, deyir : “ İdeallıq yalnız Allaha məxsus bir məfhumdur. Yalnız Uca Tanrı
bizi əhatə edən hər bir strukturu mükəmməl
şəkildə yaradıb.
Sadəcə olaraq, biz gördüklərimizi
hiss və duyğularımıza
əsaslanaraq əyani
şəkildə əks
etdiririk. Sözsüz, ən böyük rəssam Tanrıdır.
Opal daşına nəzər yetirdikdə istənilən hər bir rəngi, çaları və tonları görmək olar. Sadəcə olaraq, Allahın
bəxş etdiyi varlıqları və yaradılanları görməyi
bacararaq təxəyyül
vasitəsilə kətan
səthində əks
etdirmək olur”.
O qeyd edir ki, dünyaca məşhur olan Leonardo da Vinçi, Rembrandt, Salvador Dali və digər sənətkarların kəşf etdiklərini heç də ilk dəfə onlar yaratmayıblar. Biz rəssamlar fırçalarla yaratdığımız rənglər ilk olaraq təbiətdə yaranıb. Bir də deyir ki, rəssamlıq elə dünyadır ki, həm zövq veriir və həm də kədərləndirir. Rəssam daha çox xoşbəxtliyi və gözəlliyi təsvir etməyə çalışır. Buna səbəb kimi isə öz əsərləri ilə insanlara müsbət enerji ötürmək, eyni zamanda, onları öz problemlərindən müəyyən vaxt çərçivəsində uzaqlaşdırmaq istəyir. Rəssam üçün xoşbəxtlik əsasən bayram günlərini və dünyanın ən qiymətli cəvahiri sayılan qadınları təsvir etməkdir.
Sakit Məmmədov yaşadığımız dünyada olan müharibələr, dini və irqi ayrı-seçkilik, məzlumların zalimlər tərəfindən əzilməsi və digər bunlar kimi insan ruhunu sıxan və yaradıcı insanlara mənəvi əzab verən problemləri daim düşünür. Bütün bunları nəzərə alaraq dünyamızı qırmızı və qara rəngdə görən rəssam ağ rəngin qalib olmasını və qanın, dəhşətin hakim olduğu yerlərdə sülh və əmin-amanlığın bərqərar olmasını istəyir. Bunun üçün də öz fırçasını, tablolarını və rənglərini dünyada olan haqsızlıqlara qarşı olan müharibədə silah kimi istifadə edir.
Sakit Məmmədov UNESCO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlar Akademiyasının akademiki, “Minilliyin Adamı”, Avropanın “Şərəf” ordeni, İtaliyanın “Leonardo da Vinçi” ordeni, Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü, Portuqaliya Festivalında “Vera birinciliyi” mükafatı, Beynəlxalq Vera mükafatı, Çingiz Aytmatov adına Beynəlxalq mükafat, Beynəlxalq Vətən Övladı və Dədə Qorqud mükafatları və s. mükafatlara layiq görülüb.
Sakit Məmmədov
yaradıcılığının müdriklik
dövrünü yaşayır. O, bu gün də yeni-yeni əsərlər yaradır. Bu əsərlərlə o
xalqımızın mənəvi dünyasını daha da zənginləşdirir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2018.- 1 sentyabr.- S.6.