Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2014-cü il
17 iyul tarixli 262
nömrəli qərarı ilə təsdiq edilmiş
“Sudan istifadə Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
№ 411
Bakı şəhəri,
22 sentyabr 2018-ci il
“İstehlak
bazarına nəzarət, standartlaşdırma, metrologiya və
əqli mülkiyyət hüquqları obyektlərinin
mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli
Sərəncamının 8.4-cü bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, № 7, maddə 950; 2017, № 7, maddə 1480)
ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın
6.1-ci bəndində “Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi (bundan sonra – SMPDK)”
sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Agentliyi (bundan sonra – AİBNDA)” sözləri ilə,
6.1-ci, 6.6-cı, 6.15-ci bəndlərində və 6.15.2-ci
yarımbəndində “SMPDK-nın” akronimi “AİBNDA-nın”
akronimi ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 25 sentyabr.- S.4.