Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmişDoktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

№ 407 

 Bakı şəhəri, 21 sentyabr 2018-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, № 10, maddə 1232; 2014, № 1, maddə 57, № 6, maddələr 736, 752; 2015, № 4, maddə 455, № 8, maddə 967; 2016, № 5, maddə 955, № 6, maddə 1208, № 8, maddə 1435, № 11, maddə 1953; 2017, № 2, maddə 301, № 4, maddə 667, № 7, maddə 1494, № 10, maddə 1931; 2018, № 3, maddə 598; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 avqust tarixli 345 nömrəli qərarı) ilə təsdiq edilmişDoktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsinin 26-cı hissəsində “Qərb Universiteti” sözləri “Qərbi Kaspi Universiteti” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə” bölməsinin adından “və Turizm” sözləri çıxarılsın və həmin bölmənin 1-ci hissəsi ləğv edilsin.

3. “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə” bölməsindən sonra aşağıdakı məzmunda “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üzrə” bölməsi əlavə edilsin:

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 25 sentyabr.- S.4.