“Həbs yerlərinin
daxili intizam
Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 415
Bakı şəhəri,
25 sentyabr 2018-ci il
“Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 18 dekabr tarixli 1733 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
“Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 8, maddə 1001, ¹ 10, maddə 1295; 2016, ¹ 2 (II kitab), maddə 355, ¹ 9, maddə 1585) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 21.3-cü bəndinin ikinci cümləsində “artırılması” sözü “uzadılması” sözü ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları” üzrə:
2.1. 13.3.2-ci yarımbəndə “başa çatdıqda” sözlərindən sonra “və həbsdə saxlamanın son müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmadıqda” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 13.3.2-1-ci yarımbənd əlavə edilsin:
“13.3.2-1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmış həbsdə saxlanılma müddəti başa çatdıqda;”.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 27 sentyabr.- S.8.