“2019-cu
ildə Azərbaycan Respublikasında əhalinin
siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər
planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli
qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
№ 419
Bakı şəhəri,
26 sentyabr 2018-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2234; 2018, № 4, maddə 796) əlavə - “Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi”ndə “Elçin Əfəndiyev” sözləri “Əli Həsənov” sözləri ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 28 sentyabr.- S.6.