Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “İdman mərc oyunlarının həyata
keçirilməsi məqsədi ilə hüquqi
şəxsin akkreditasiya olunması
Qaydası”nın və “İdman mərc
oyunlarının təşkili və keçirilməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 20 avqust tarixli
153 nömrəli qərarında və “Cıdır-şans (totalizator) oyunlarının təşkili və
keçirilməsi Qaydaları”nın təsdiq edilməsi və
“Atçılıqla bağlı bəzi normativ
hüquqi aktların təsdiq edilməsi
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 93 nömrəli
qərarında dəyişikliklər edilməsi barədə”
2011-ci il 12 avqust tarixli 134 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 420
Bakı şəhəri,
26 sentyabr 2018-ci il
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1163-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 iyul tarixli 304 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 8, maddə 762; 2012, ¹ 5, maddə 494; 2013, ¹ 6, maddə 752; 2016, ¹ 6, maddə 1187, ¹ 8, maddə 1449, ¹ 9, maddə 1564; 2017, ¹ 3, maddə 483) ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.1.10-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.1.11-ci yarımbənd əlavə edilsin:
“5.1.11. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələş-dirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl etmək.”;
1.2. aşağıdakı məzmunda 13.3-2-ci bənd əlavə edilsin:
“13.3-2. Operator “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl etməlidir.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 avqust tarixli 134 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 8, maddə 780; 2014, ¹ 7, maddə 948; 2016, ¹ 6, maddə 1188, ¹ 8, maddə 1449) ilə təsdiq edilmiş “Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaları”na aşağıdakı məzmunda 6.3-2-ci bənd əlavə edilsin:
“6.3-2. Operator “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl etməlidir.”.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 28 sentyabr.- S.6.