“Ali təhsil müəssisələrinəTədqiqat universitetistatusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 610 Bakı şəhəri, 29 dekabr 2017-ci il

 

“Elm haqqındaAzərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Ali təhsil müəssisələrinəTədqiqat universitetistatusu verilməsi üçün Tələblərtəsdiq edilsin (əlavə olunur).

 

  Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Ali təhsil müəssisələrinəTədqiqat universitetistatusu verilməsi üçün

 

TƏLƏBLƏR

 

1. “Tədqiqat universitetistatusu aşağıdakı tələblərə uyğun gələn ali təhsil müəssisələrinə verilir:

1.1. fundamental, tətbiqi eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastrukturun, elektron kitabxananın, müasir maddi-texniki bazanın elmtutumlu avadanlıqdan kollektiv (digər ali təhsil müəssisələri) istifadə mərkəzinin mövcudluğu;

1.2. son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edilməsi;

1.3. doktorantura səviyyəsində kadr hazırlığı aparılan hər ixtisas üzrə doktorluq dissertasiyalarına rəhbərlik edə bilən ən azı 5 professor ya dosentin olması;

1.4. dissertasiya şuralarının (ən azı 1 şura) fəaliyyət göstərməsi;

1.5. magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiyası;

1.6. ali təhsil müəssisələri tərəfindən anti-plagiat sistemindən istifadə edilməsi;

1.7. yerli beynəlxalq donorlardan son 5 il ərzində elm sahəsində ən azı 20 qrantın alınması.

 

Xalq qəzeti.- 2018.- 5 yanvar.- S.5.