“Sərgi, qastrol səfərləri,
bərpa işləri, təqdimat,
beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə
əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nın təsdiq edilməsi haqqında ” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 29 avqust tarixli 293
nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 611 Bakı
şəhəri, 29 dekabr
2017-ci il
“Mədəniyyət
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2017-ci il
20 oktyabr tarixli 815-VQD nömrəli Qanununun tətbiqi və “Mədəniyyət haqqında”
Azərbaycan Respublikasının
2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1666 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 293 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 8, maddə 1025) ilə təsdiq edilmiş “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nın 2.2.6-cı yarımbəndində “otuz ildən çox tarixi” sözləri “1960-cı ildən əvvəlki dövrə aid” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 5 yanvar.- S.5.