Mədəni sərvətlərin idxalı, ixracı Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 294 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 612       Bakı şəhəri, 29 dekabr 2017-ci il

 

Mədəniyyət haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 815-VQD nömrəli Qanununun tətbiqi Mədəniyyət haqqındaAzərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr   tarixli 1666 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 294 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 8, maddə 1026; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 noyabr tarixli 522 nömrəli qərarı) ilə təsdiq edilmişMədəni sərvətlərin idxalı, ixracı Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”na aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2.6-cı yarımbənddəotuz ildən çox tarixisözləri “1960-cı ildən əvvəlki dövrə aid” sözləri ilə əvəz edilsin.

2. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.3. Bu Qaydanın tələbləri kütləvi seriyalı istehsal olunan ya 1960-cı ildən etibarən yaradılan, yaxud yaradılma tarixindən asılı olmayaraq, “Mədəniyyət haqqındaAzərbaycan Respublikası Qanununun 30.4-cü maddəsində nəzərdə tutulan ekspertizanın nəticəsinə əsasən mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsullarına (suvenirlər daxil olmaqla) şamil edilmir.”.

3. Aşağıdakı məzmunda 6.1-1-ci bənd əlavə edilsin:

“6.1-1. Bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulan mədəniyyət məhsullarının üzərində qeyd olunmuş seriya nömrəsi, istehsalçının adı və ya müəllif barədə məlumat, məhsulun yaradılma tarixi, yaxud ekspertizanın nəticəsinə dair arayış onların ixracı üçün əsasdır.”.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 5 yanvar.- S.5.