“2018-ci il üçün “Balıq və digər su bioresurslarının
ovunun ümumi yol verilən miqdarı (kvota)”nın və “Balıq və digər su bioresurslarının
ovu üçün kvotaların ov növləri üzrə bölgüsü”nün təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 613 Bakı şəhəri, 29 dekabr
2017-ci il
“Balıqçılıq
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2014-cü il 27 iyun tarixli
1015-IVQD nömrəli Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
11 avqust tarixli 243 nömrəli Fərmanının
3.2-ci bəndinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
1. “2018-ci il üçün “Balıq
və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü”
təsdiq edilsin (2 nömrəli əlavə).
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2018.- 5 yanvar.- S.5.