Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci
il 3 noyabr tarixli 182 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
siyahısı”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
№ 617 Bakı şəhəri,
29 dekabr 2017-ci il
“Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin tabeliyində
Bakı Sağlamlıq
Mərkəzinin yaradılması
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 18 oktyabr tarixli 1639 nömrəli Fərmanının 4.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, № 11, maddə
1064; 2012, № 6, maddə 638, № 8, maddə 825; 2013, № 3, maddələr
332, 340, № 6, maddə 730, № 9, maddə 1136, № 10, maddə
1214; 2015, № 10, maddə 1214, № 12, maddə 1563) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. Aşağıdakı
məzmunda III bölmə
əlavə edilsin:
“III. Publik hüquqi şəxslər
1. Bakı Sağlamlıq Mərkəzi ”.
2. “*hüquqi şəxs statusuna malik olan müəssisələr”
abzasına “şəxs”
sözündən sonra
“(publik hüquqi şəxs istisna olmaqla)” sözləri əlavə edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2018.- 5 yanvar.- S.5.