Məhəmməd Füzulinin oğlu Fəzlinin şeirləri
tapılıb
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkarlayıb.
Əlyazmalar İnstitutundan APA-ya verilən xəbərə görə, mənbələrdə
qeyd olunur ki, Fəzli Kərbəlada doğulub,
mədrəsə təhsili görüb, ərəb,
fars və Azərbaycan dillərində
şeirlər yazıb. Lakin şairin divanı bizə gəlib
çatmayıb. Müasirləri onun
müəmma janrında şeirlər yazdığını
bildiriblər. İnstitutdan əlavə
ediblər ki, Fəzlinin yeni
tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin
üzə çıxarılacağına ümidləri
artırır.
Xalq qəzeti.-
2018.- 5 yanvar.- S.6.