“Sığortaolunanların
və sığortaedənlərin
işsizlikdən sığorta
üzrə sığortaçıda
qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 618 Bakı şəhəri, 29 dekabr
2017-ci il
“İşsizlikdən
sığorta haqqında”
Azərbaycan Respublikasının
2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin
birinci abzasının
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. “Sığortaolunanların
və sığortaedənlərin
işsizlikdən sığorta
üzrə sığortaçıda
qeydiyyatı Qaydası”
təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar
2018-ci il yanvarın 1-dən qüvvəyə
minir.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.-
2018.- 6 yanvar.- S.2.