“Sığorta
ödənişinin verilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 620 Bakı şəhəri,
29 dekabr 2017-ci il
“İşsizlikdən
sığorta haqqında”
Azərbaycan Respublikasının
2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 5 avqust tarixli 1569
nömrəli Fərmanının
1.1.4-cü yarımbəndinin üçüncü abzasının
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. “Sığorta
ödənişinin verilməsi
Qaydası” təsdiq edilsin (əlavə
olunur).
2. Bu qərar 2018-ci il
yanvarın 1-dən qüvvəyə
minir.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
Xalq qəzeti.-
2018.- 6 yanvar.- S.2.