İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması hesabatın təqdim olunması Qaydası”nın təsdiq  edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 621   Bakı şəhəri, 29 dekabr 2017-ci il

 

İşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikasının 2017-ci il

30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin altıncı abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması hesabatın təqdim olunması Qaydasıtəsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 6 yanvar.- S.2.