“Yaşayış
məntəqələrinin yaşıllıqla təmin
edilməsi Normaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
№ 1 Bakı şəhəri,
5 yanvar 2018-ci il
“Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2016-cı il 11 noyabr tarixli 397-VQD nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 21 dekabr tarixli 1164 nömrəli Fərmanının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
“Yaşayış
məntəqələrinin yaşıllıqla təmin
edilməsi Normaları”
təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.- 9 yanvar.- S.3.