“Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”,
“Ekoloji
auditor fəaliyyətinin
aparılması Qaydaları”
və “Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarında
dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 2 Bakı şəhəri, 5 yanvar
2018-ci il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 2, maddə
119; 2002, ¹ 7, maddə 451, ¹ 11, maddə 675; 2003, ¹ 4, maddə
215; 2004, ¹ 9, maddə 745; 2005, ¹ 1, maddə 49, ¹ 7, maddə
667; 2008, ¹ 9, maddə 856; 2011, ¹ 9, maddə 865; 2016, ¹
9, maddə 1598; 2017, ¹ 3, maddə 513) ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi üzrə
dövlət fondu haqqında Əsasnamə”nin
6-cı hissəsi aşağıdakı
redaksiyada verilsin:
“6. Ətraf mühitin mühafizəsi
üzrə dövlət
fondunun vəsaitləri
aşağıdakı tədbirlər
üçün istifadə
edilir:
6.1. elmi
tədqiqat (o cümlədən,
layihə-axtarış və
təcrübi-metodiki) işlərinin
aparılmasına, resursqənaətedici
və ekoloji təmiz texnologiyalarının
tətbiqinə;
6.2. təbiətin
mühafizəsi obyektlərinin
tikintisinin, yenidən qurulmasının maliyyələşdirilməsinə;
6.3. ətraf
mühitin çirklənməsi
nəticəsində dəymiş
ziyanın və ekoloji tarazlığı pozulmuş təbii ekoloji sistemlərin bərpasına (o cümlədən,
təbii obyektlərin
və komplekslərin abadlaşdırılmasına, xüsusi
mühafizə olunan təbiət ərazilərinin
biotexniki planlarının
layihələrinin hazırlanmasına
və yerinə yetirilməsinə);
6.4. çirklənmə
və başqa mənfi təsirlər nəticəsində vətəndaşların
sağlamlığına və
ətraf mühitə
vurulmuş zərərin
bərpasına görə
onlara müəyyən
edilmiş kompensasiyanın
verilməsinə;
6.5. Azərbaycan Respublikasının ərazisində
və Xəzər dənizinin milli sektorunda ətraf mühitin qorunması, təbiətdən istifadənin
təşkili, təbii
sərvətlərdən səmərəli
istifadə edilməsi
və onların bərpası, hidrometeoroloji
proseslərin müşahidəsi
və proqnozlaşdırılması,
torpaqların münbitliyinin
bərpası və artırılması ilə
bağlı dövlət
proqramlarının və
layihələrin həyata
keçirilməsinə, normativ-metodiki
sənədlərin, normativ
və texniki normativ hüquqi aktların işlənməsinə;
6.6. ekoloji
maarifləndirmə və
təhsilə (o cümlədən
əhalinin ekoloji bilik və tərbiyənin
təbliğinə, habelə
xarici ölkələrlə
elmi-texniki əməkdaşlıq
edilməsinə, konfrans
və tədbirlərin
keçirilməsinə);
6.7. xüsusi
mühafizə olunan təbiət ərazilərinin
və obyektlərinin mühafizəsinə;
6.8. yaşıllıqların
mühafizəsinə (o cümlədən,
onların istifadəsinə,
qorunmasına, bərpasına
və genişlənməsinə)
yönəldilmiş tədbirlərin
maliyyələşdirilməsinə;
6.9. nadir və nəsli kəsilməkdə olan
fauna və flora növlərinin
mühafizəsinə və
bərpasına;
6.10. ətraf
mühitin mühafizəsi
sahəsində fəaliyyət
göstərən dövlət
orqanlarının maddi-texniki
bazasının yaradılmasına
və inkişafına
(o cümlədən, texnoloji
qurğuların, cihazların,
avadanlıqların, nəqliyyat
vasitələrinin, qeyri-maddi
aktivlərin, mal-materialların
və ləvazimatların
alınmasına, əsaslı
və cari təmirinə);
6.11. ətraf
mühitin dövlət
monitorinqinin təşkili
və keçirilməsinə,
dövlət kadastrının
aparılmasına;
6.12. ətraf
mühitin mühafizəsi
sahəsində çalışan
mütəxəssislərin həvəsləndirilməsi məqsədi
ilə onların maddi stimullaşdırılmasına
(o cümlədən, Azərbaycan
Respublikası Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
işçilərinin kollektiv
və ya fərdi qaydada mükafatlandırılmasına, habelə müqavilə ilə işləyən mütəxəssis, ekspert
və texniki işçilərə görə
pul ödənişlərinə).”.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2018.- 9 yanvar.- S.3.