Azərbaycan Respublikası vətəndaşlarının pul gəlirlərinin əmanətlərinin indeksləşdirilməsi haqqındaAzərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədəAzərbaycan Respublikası Milli Məclisinin qərarının həyata keçirilməsi tədbirləri haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 1 sentyabr tarixli 479 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 3    Bakı şəhəri, 9 yanvar 2018-ci il           

 

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 1 sentyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmişİstehlak mallarının və xidmətlərin qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşdirilməsi qaydası haqqında metodiki təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1.1. II hissənin birinci abzasından “işsizliyə görə” sözləri çıxarılsın;

1.2. V hissənin on doqquzuncu abzasından “(o cümlədən işsizliyə görə verilən müavinətlərin)” sözləri çıxarılsın;

1.3. VII hissənin yeddinci abzası ləğv edilsin.

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının  Baş naziri

 

Xalq qəzeti.- 2018.- 11 yanvar.- S.4.